Fransanın dəniz polisi şənbə günü rəsmilərin Avropa İttifaqının Ukraynada müharibə səbəbilə sanksiya tətbiq etdiyi Rusiya şirkətinə məxsus olduğundan şübhələndikləri gəmini ələ keçirib. Bu barədə hökumət rəsmisi Reuters-ə məlumat verib.
Sankt Peterburqa doğru istiqamət alan yük gəmisi “sanksiyaların hədəf aldığı Rusiya maraqları” ilə əlaqəsi olmaqda şübhəli bilinir,” Fransa Dəniz Prefekturasının Kapitanı Veronika Maqnin deyib.
Maqnin bildirib ki, liman yerli vaxtla gecə saat 3 ilə 4 arası Fransanın şimalında Bulon-sür-Mer limanına yönləndirilib. O əlavə edib ki, gömrük rəsmiləri yoxlayış aparır.
Rusiyanın RIA xəbər agetnliyi Rusiyanın Fransadakı səfirliyinə istinadən bildirib ki, səfirlik rəsmilərdən gəminin ələ keçirilməsi ilə bağlı izahat tələb edir.
Məlumatı ilk yayan Fransanın La Voix Du Nord qəzeti bildirib ki, gəmi Baltic Leader olub və o, marinetraffic.com vebsaytının məlumatına görə Rusiya bayrağı altında üzür.
Maqnin deyib ki, gəmiyə sahib olan şirkət Avropa İttifaqıın sanksiya tətbqi etdiyi insanların siyahısında yer alan rusiyalı biznesmenə məxsusdur.
Aİ ölkələri cümə günü Rusiyanın Ukraynaya hücumuna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin və onun xarici işlər nazirliyinin aktivlərini dondurmaq barədə razılığa gəlib. Bu ayın əvvəli isə sanksiyaların tətbiq olunduğu daha geniş siyahı açıqlanıb.