Fransa polisinin bildirdiyinə görə, həftəlik "Charlie Hebdo" satirik qəzetin Parisdəki baş qərargahına edilən hücum zamanı azı 12 nəfər ölüb.
Media xəbərlərində deyilir ki, qəzetin ofisinin yerləşdiyi binanı azı iki nəfər Kalaşnikov silahı və qumbara ilə atəşə tutub. Şübhəlilərin iki avtomobillə hadisə yerindən qaçdığı guman edilir. Yerli media hücumun qəzet işçilərinin keçirdiyi yığıncaq zamanı həyata keçirildiyini bildirib.
Qəzetin redaktoru Stefani Şarbonniyer və üç karikaturaçı ölənlər arasındadır.
Fransa prezidenti Fransua Olland müxbirlərə hücumun şübhəsiz terror aktı olduğunu deyib. O, medianı müdafiə edərək, "bu vəhşilik aktının mətbuat azadlığını boğa bilməyəcəyini" deyib.
Bu hücumdan sonra Fransa terrorla bağlı təhlükəsizlik tədbirlərini gücləndirib.
Vaşinqtonda Ağ Evin mətbuat katibi Coş Ernst atışmanı terror hadisəsi kimi deyil, zorakılıq aktı kimi qiymətləndirib. "Bu hücum bizim bu ölkədə yüksək qiymətləndirdiyimiz dəyərlər hücumdur"-deyə o bildirib.
2011-ci ildə qəzetin üz qabığında Məhəmməd peyğəmbərin karikaturası dərc edildikdən sonra satirik qəzetin ofisinə bomba hücumu edilmişdi.