Accessibility links

Fransada qətlə yetirilən kürd qadınların cəsədləri Türkiyəyə göndərilib


Keçən həftə Fransada qətlə yetirilən üç kürd fəalın cəsədi torpağa tapşırılmaq üçün Türkiyəyə göndərilib. Qətlə yetirilən qadınlar kürdlərin yaşadığı Diyarbakırda dəfn ediləcək.

Səkinə Cansız, Fidan Doğan və Leyla Söylemezin cəsədləri yanvar ayının 10-da Parisdəki Kürd İnformasiya Mərkəzində aşkar edilib. Səkinə Cansızın Kürdüstan Fəhlə partiyası-PKK-nın üzvüdür .

Türkiyə qətllərin hökumətlə həbsdə olan PKK lideri Abdulla Öcalan arasındakı danışıqlarla əlaqəsi olduğunu deyir. Kürd fəalları isə qətllərin türk exstremistləri tərəfindən törədildiyini deyirlər.
XS
SM
MD
LG