Accessibility links

Fərqanə Qasımova:“Uşaqlıqdan musiqi ilə əhatə olunduğuma görə heç bir musiqi mənə yad deyil”


Azərbaycan muğam sənətinin əfsanəvi ifaçısı, dünyada ən unikal səs sahibi kimi tanınan sənətçi Alim Qasımovun qızı və tələbəsi Fərqanə Qasımova gənc yaşlarından dünyanın ən tanınmış musiqiçirilə birgə konsertlərdə çıxış edir.

Fərqanə Qasımova Azərbaycan Dövlət Konservatoriyasının muğam sənəti şöbəsinin bitirib və 17 yaşından atası ilə birlikdə konsertlərdə iştirak edir. Bu yaxınlarda Alim Qasımov və Fərqanə Qasımova Amerikanın Kronos Kvarteti ilə ABŞ-da qastrol konsertləri verib.

Fərqanə Qasımova Amerikanın səsinə deyib ki, uşaqlırdan musiqi ilə əhatə olunub, musiqinin təsiri altında böyüyüb, bundan sonra isə atasının məktəbini keçib. Fərqanə Qasımova özünü indiyə kimi ustad Alim Qasımovun tələbəsi hesab edir və ondan muğam sənətinin dərinliklərini öyrənməyə davam etdiyini deyir.

O, dünya şöhrətli violençelist Yo Yo Man bədii rəhbəri olduğu İpək Yolu ansamblı, Amerikanın tanınmış Kronos kvartetinin musiqiciləri ilə Azərbaycan muğamını birgə ifa etməsindən "böyük zövq aldığını və heç bir musiqinin ona yad olmadığını" bildirib.

Fərqanə Qasımova ilə müsahibə
please wait

No media source currently available

0:00 0:05:37 0:00
Direct link

Dilşad Əliyarlı: Fərqanı xanım, sizin üçün bu, necə bir təcrübədir. Bir tərəfdən atanızla bir səhnəyə çıxıb muğam ifa etmək, o biri tərəfdən başqa ölkələrin musiqiçilərilə Azərbaycan xarici auditoriyaya çatdırmaq necə bir təcrübədir?

Fərqanə Qasımova: Mənim təcrübəm 17 yaşımdan başlayıb. Baxmayaraq ki, musiqini uşaqlıqdan öyrənmişəm, amma konsert salonlarında çıxışlara 17 yaşımdan başlamışam. Alim Qasımov böyük sənətkar olduğu üçün təcrübəmi onunla birgə ifadan başladığımı deyirəm, çünki muğam o qədər çətin janrdır ki, burada həqiqətən həm səbr lazımdır, həm təcrübə. Mən sonra böyük orkestr, ya da xarici musiqiçilərlə birgə ifaya Yo Yo Manın ansamblında başladım. Mənim üçün bu çox maraqlı idi. Onların musiqi baxışları fərqli idi, ümumiyyətlə dünya musiqi nümunələrini ifa edirdilər. Onlar “Leyli Məcnun”u seçib hazırladılar və mən Azərbaycanda Leylini ifa etməsəm də, onlarla birlikdə Leylini ifa etməkdən qürur duyuram. Sonra isə Kronos kvarteti ilə tanış olduq. Onlarla da işləmək çox maraqlı idi. Çünki qulağımız fərqli musiqi eşitdi. Onlar da klassik musiqi ifa edirlər, lakin onu fərqli şəkildə, avanqard üslubda çalır. Amma əsas odur ki, bizim musiqi həm tamaşaçılar, həm də bizim özümüzə xoş gəldiyi üçün daim bunun üzərində işləmək çox gözəldir.

Baxmayaraq ki, yaşım musiqidə çoxdur, amma hələ də özümü öyrənən, tələbə kimi hiss edirəm.
Fərqanə Qasımova

D.A. Bu sintez mürəkkəb olmurmu? Xalq musiqisi, klassik musiqi, başqa bir xalqın musiqinin sintezini yaradarkən bu prosesi siz necə hiss edirsiniz? Görürük ki, bizim musiqimizi çox adam bəyənir, sevməyə başlayır, başa düşməyə çalışır. Siz başqa xalqların musiqilərini dinləyəndə tanış notlar, tanış melodiyalar tapa bilirsinizmi?

F.G. Uşaqlıqdan evdə musiqi ilə əhatə olunmuşduq. Həm Azərbaycan xalq musiqisi, həm klassik, həm caz, müxtəlif musiqi nümunələrini dinləmişdik. Ona görə burada onların ifa etdiyi musiqiyə qulaq asanda bizə yad gəlmirdi. Amma əsas odur ki, bəstəkarlar bizim musiqi ilə klassik musiqinin gözəl sintezini yarada bildi. Biz əvvəlcə onlara notları göndərdik və onlar notlar üzəridə işlədi. Biz də, onlar da musiqini istədiyimiz kimi ifa edə bildik, lakin arada həmin o sintez yaranırdı, musiqilər bir-birinə qarışırdı.

D.A. Fərqanə xanım, yaradıcılıq planları haqda nə deyə bilərsiniz? Gələcəkdə hansı layihələr üzərində işləməyi düşünürsünüz? Qadın muğam ifaçısı kimi gələcəyinizi necə görürsünüz?

F.G. Elə olub ki, planlar əvvəlcədən hazırlanmayıb. Mənim ən çox sevindiyim hadisə o olur ki, Alim Qasımov qərar verir ki, Azərbaycanda konsert verəcəyik. Bu, böyük sevinc olur, başlayırıq hazırlaşmağa, məşqlər edirik. Mənim indi bütün proyektlərim.ş biz birlikdə musiqi ifa edirik, istəklərimiz də eynidir, içəridə, daxildə elə bir hiss yoxdur ki, özüm nəsə edim, tək nəyə isə başlayım. Allah Alim Qasımova can sağlığı versin. Onun yanında olmaq, onunla oxumaq mənim üçün həm böyük şərəfdir, böyük fəxrdir, təcrübədir. Baxmayaraq ki, yaşım musiqidə çoxdur, amma hələ də özümü öyrənən, tələbə kimi hiss edirəm.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG