Accessibility links

Əfqanıstanda nümayişçilər yolu bağlayıblar


Yüzlərlə əfqan nümayişçi ölkənin şərq hissəsində əsas yolu kəsərək NATO qüvvələrinin iki mülki vətəndaşı öldürməsinə etiraz ediblər. Nanqahar vilayətinin rəsmiləri bildirir ki, koalisiya əsgərləri reyd zamanı ata və oğlu qətlə yetiriblər. NATO bildirir ki, onun qüvvələri mülki vətəndaşlara toxunmadan iki qiyamçını öldürmüş və bir neçəsini əsir götürmüşlər. Əsgərlər partlayıcı vasitələrlə hücumlar həyata keçirmiş Taliban qiyamçılarını təqib etdiklərini bildiriblər. Cəlalabaddan Kabilə gedən yolu bağlayan nümayişçilər anti-hökumət və anti-Amerika şüarlar səsləndiriblər.

XS
SM
MD
LG