Əfqanıstan rəsmiləri intiharçıların prezident sarayı yaxınılığındakı polis məntəqəsinə hücum etdiklərini deyirlər. Hücum nəticəsində azı iki adam həlak olub.
Kabildə baş verən hücum militantlarla polis arasında atışmaya səbəb olub. Hücumda öldürülən iki adamdan biri polis zabitidir.
Rəsmilər intiharçılardan birinin həmçinin öldürüldüyünü deyirlər.
Associated Press-in məlumatına görə hücumçular polis məntəqəsinə daxil olarkən əfqan milli ordusunun uniformasını geymişdilər.
Hücum üçün hələlik məsuliyyəti heç kim öz üzərinə götürməyib.