Əfqanıstan rəsmiləri deyirlər ki, intiharçı paytaxt Kabildə xarici qoşun konvoyuna hücum edərək azı 13 NATO əsgərini öldürüb. Nəticədə 12 ABŞ və 1 Kanada əsgəri həlak olub.
Rəsmilər xəbər verir ki, intiharçı Darulaman rayonunda NATO avtobusunu hədəf alıb.
Daxili işlər nazirliyinin sözçüsü ölənlər arasında üç mülki vətəndaşın və bir polis zabitinin olduğunu deyir.
NATO-nun açıqladığı bəyanatda hərbi qulluqçular və əfqan vətəndaşlar arasında itkilərin olduğu deyilir.