Accessibility links

Əfqanıstanda böyük sülh konfransının birinci günü raket atəşləri ilə müşayiət olunub


Taliban hücumların məsuliyyətini öz üzərinə götürüb

Əfqanıstan paytaxt Kabildə silsilə partlayışlar və atəş səsləri böyük sülh konfransının birinci gününü müşayiət edib. Raket hücumları bu gün prezident Həmid Karzayın açılış çıxışı zamanı başlayıb. 3 günlük yığıncaqda iştirak etmək üçün ölkənin müxtəlif bölgəsindən 1600 insan toplaşıb. Taliban güclü bombalarla silahlanmış 4 intiharçının ənənəvi yığıncaq Cirqanı hədəf almaq üçün göndərildiyini demiş və raket hücumlarının məsuliyyətini öz üzərinə götürmüşdür. Əfqanıstan rəsmilərindən biri Associated Pressə hücumların məqsədinin yığıncağı sabotaj etmək və dağıtmaq olduğunu deyib.

XS
SM
MD
LG