Accessibility links

ABŞ-ın Kəşfiyyat Xidməti hakerlərin prezident Barak Obamanın vəfatına dair məlumatla bağlı təhqiqata başlayıb

Amerikanın Kəşfiyyat Xidməti hakerlərin Amerikanın Fox News şəbəkəsinin Twitter hesabına girərək, ABŞ prezidenti Barak Obamanın vəfat etdiyinə dair 6 yalan məlumat dərc etməsi ilə bağlı təhqiqata başlayıb. Prezidentin müdafiəsi ilə məşğul olan bu idarə lazımi araşdırmalar aparılacağını bəyan edib.Xəbərlərdə prezident Obama Ayova ştatındakı restoranda kampaniya apardığı vaxt iki dəfə güllə ilə vurulduğu yazılıb. Fox News-un daha sonra verdiyi bəyanatında xəbərlərin yalan və qərəzli olduğu bildirilib. Hakerlərin hücumundan sonra hesab bağlanıb və Fox News Twitter-dən araşdırma aparmasını istəyib. Kibernetika hücumunun məsuliyyətini Skript Kiddies adlanan haker qrupu üzərinə götürüb.

XS
SM
MD
LG