Accessibility links

Forum: Emin Mili və Adnan Hacızadənin həbsdən azad edilməsinə münasibətinizi bildirin


Forum: Emin Mili və Adnan Hacızadənin həbsdən azad edilməsinə münasibətinizi bildirin
Forum: Emin Mili və Adnan Hacızadənin həbsdən azad edilməsinə münasibətinizi bildirin

Noyabr ayının 19-da bloger Emin Milli, ondan bir gün əvvəl isə digər bloger Adnan Hacızadə azadlığa çıxıb. ABŞ Dövlət Departamenti, Avropa Şurası və Avropa İttifaqı blogerlərin sərbəst buraxılmasını müsbət qarşılayıb. Sizin fikrinizcə blogerlərin sərbəst buraxılması nə anlama gələ bilər. Öz fikirlərinizi şərhlər bölməsinə yazaraq SƏRBƏST KÜRS-də iştirak edin.

Xatırladaq ki, blogerlər Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də həbs olunub. Hər iki bloger Bakıda bir kafedəki insidentlə bağlı xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamları ilə müvafiq olaraq 2,5 və 2 il müddətinə azadlıqdan məhrum olunub.
Yerli və beynəlxalq demokratik ictimaiyyət blogerləri fərqli siyasi düşüncələrinə görə həbs olunduğunu bildirib. Blogerlər onlara qarşı irəli sürülən ittihamları sifarişli adlandırıb. Onlar həbslərindən bir qədər öncə sosial şəbəkələrdə hökumətin fəaliyyətini tənqid edən satirik videofilm yerləşdirmişdi.

Amerika prezidenti Barak Obama da daxil olmaqla demokratik dünyanın ictimai-siyasi xadimləri, beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Azərbaycan hökuməti qarşısında blogerlərin həbsdən azad edilməsi məsələsini qaldırmışdı.

Buyurun, məsələni SƏRBƏST KÜRSÜdə müzakirə edin:

XS
SM
MD
LG