Accessibility links

Pakistanın keçmiş baş naziri Xanın həyat yoldaşı həbsdən azad edilib


Pakistan hakimiyyəti keçmiş baş nazir İmran Xanın həyat yoldaşını korrupsiya ittihamı ilə mühakimə olunduqdan təxminən 9 ay sonra, cümə axşamı həbsdən azad edib.

Federal ali məhkəmənin onun zaminə buraxılma ərizəsini təsdiqləməsindən bir gün sonra keçmiş birinci xanım Büşra Bibinin İslamabad yaxınlığındakı Adiala həbsxanasını tərk etməsinə icazə verilib.

Xanın Pakistan "Təhrik-i-İnsaf" (PTI) partiyasının liderlərinin bildirdiyinə görə, Bibi azad edildikdən sonra Pakistan paytaxtının yaxınlığındakı iqamətgahına gedib.

"Təhrik-i-İnsaf" özünün X sosial media platformasında "Yenidən xoş gəlmisiniz, Büşra Bibi!" yazıb.

Yanvar ayında 72 yaşlı Xan və Bibi 2018-ci ildən 2022-ci ilə kimi vəzifədə olduğu müddətdə aldığı dövlət hədiyyələrini qanunsuz saxlamaqda və satmaqda ittiham olunaraq, 14 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra onlar qeyri-qanuni nikah da daxil olmaqla, bir sıra başqa işlərdə də ittiham olunub və əlavə cəzalar alıb.

Bütün bunlara baxmayaraq, apellyasiya məhkəmələri sonrakı aylarda bütün mühakimə və hökmləri ya ləğv edib, ya da dayandırıb. Lakin Pakistan rəsmiləri cütlüyü azad etmək əvəzinə iyul ayında yarım milyon dollardan çox dəyərində dövlət hədiyyələrinin satışı ilə bağlı yeni ittihamlar irəli sürüb.

Xan hər hansı bir qanun pozuntusunu və onu milli siyasətə qayıtmamaq üçün ölkənin hərbi dəstəkli hökuməti tərəfindən siyasi qurban kimi qiymətləndirərək, 150-dən çox məhkəmə iddiasının hamısını rədd edir.

Sonradan baş nazir olmuş kriket ulduzu 2023-cü ilin avqustunda həbs olunmazdan əvvəl parlamentdə müxalifətin etimadsızlıq səsverməsi ilə hakimiyyətdən uzaqlaşdırılmışdı.

Məhkəmə çəkişmələri və sonrakı ittihamlar Xanın dövlət vəzifəsində işləməsini qadağan etdi. Onun partiyasının fevral ayında keçirilən ümummilli seçkilərdə iştirakına qadağa qoyuldu.

İyun ayında Birləşmiş Millətlər Təşkilatının müstəqil ekspertlərdən ibarət qrupu Pakistanı Xanın həbsinə son qoymağa çağırıb və onun həbsinin "hüquqi əsası olmadığını" deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG