Accessibility links

Albaniyanın keçmiş prezidenti Meta korrupsiya ittihamı ilə həbs edilib


Albaniyanın keçmiş prezidenti İlir Meta
Albaniyanın keçmiş prezidenti İlir Meta

Albaniyanın solçu "Azadlıq Partiyası" bazar ertəsi partiyanın lideri və Albaniyanın keçmiş prezidenti İlir Metanın korrupsiya ittihamı ilə həbs edildiyini bildirib.

Yerli medianln bildirdiyinə görə, 55 yaşlı Meta paytaxt Tiranada Milli İstintaq Bürosunun əməkdaşları tərəfindən həbs edilib. Yerli televiziya stansiyaları maskalı, mülki geyimli polis məmurlarının Metanı mətbuat konfransından öncə qonşu Kosovodan qayıtdıqdan sonra avtomobilindən çıxardıqları görüntüləri nümayiş etdirib.

Partiyanın baş katibi Tedi Bluşi bunu "cinayətkar adam oğurluğu" adlandırıb.

Prokurorluq tərəfindən heç bir şərh verilməyib.

Meta ilə polis şöbəsində görüşəndən sonra onun vəkili Genc Yokutay keçmiş prezidentlə bağlı korrupsiya, çirkli pulların yuyulması, şəxsi gəlir və əmlakın gizlədilməsi istintaq aparıldığını bildirib.

Meta 2017-2022-ci illərdə Albaniyanın prezidenti olub. O, bir neçə illər əvvəl ABŞ-da iddia edilən qeyri-qanuni lobbiçilikdə ittiham olunaraq, istintaqa cəlb edilib. O, keçmiş həyat yoldaşı ilə birlikdə şəxsi əmlak və gəlirlərin gizlədilməsində şübhəli bilinərək istintaqa cəlb edilib.

Meta baş nazir Edi Rama hökumətini "kleptokratik rejim" idarəçiliyində, bütün qanunvericilik, inzibati və məhkəmə siastemini əlində cəmləndirməkdə ittiham edərək, onun kəskin opponenti olub.

Avropa İttifaqı və ABŞ-ın dəstəyi ilə yaradılmış məhkəmə institutları korrupsiyada əli olduğu iddia edilən keçmiş yüksək səviyyəli hökumət rəsmiləri ilə bağlı bir neçə araşdırmaya başlayıb. Albaniya Avropa İttufaqına üzv olmaq istəyir.

Keçmiş baş nazir və prezident, hazırda deputat və aparıcı müxalifət "Demokrat Partiyası"nın lideri Sali Berişa da korrupsiyada ittiham olunur və məhkəmə prosesinə qədər ev dustaqlığındadır.

Metanın həbsindən az sonra 2016-cı ildə məhkəmə islahatları təsdiqlənərkən Avropa İttifaqının Tiranadakı səfiri və hazırda Avropa Şurasının rəsmisi olan Romana Vlahutin X sosial platformasında "Ədliyyə islahatları tam qüvvədədir! Toxunulmaz şəxslər yoxdur!" deyib.

Forum

XS
SM
MD
LG