Ford şirkəti sonuncu özü idarə olunan avtomobil texnologiyasını sınaqdan keçirməyi planlaşdırır. Növbəti ildə ən azı bir şəhərdə sınaq keçirmək niyyətində olan şirkət yeni texnologiyanın kommersiya istehsalının 2021-ci ildən tez etməyi planlaşdırmır.
Avtomobil istehsalçısı bildirib ki, şirkət özü idarə olunan prototiplərini müxtəlif pilot proqramlar vasitəsilə sınaqdan keçirəcək. Lyft və Domino’s Pizza kimi şirkətlər bu pilot proqramlarımda Ford şirkətinin tərəfdaşları olacaqlar.
Ford elektriklə çalışan avtomobillərin istehsalını Miçiqanın Flat Rok şəhərindən Meksikaya keçirir. Şirkətin sözçüsü deyir ki, Meksikada zavodu 2021-ci ildən etibarən avtonom maşınların istehsalına başlayacaq.
Həmçinin 2020-ci ildən etibarən Kuatitlan avtomobil zavodunda şirkətin enerji toplamadan 300 mil məsafəni qət etməyə qadir olan daha mütərəqqi batareya sistemli yeni elektrin avtomobilləri istehsalına start veriləcək.