Accessibility links

Amerikada yaşayan müsəlmanlar Ramazan ayında imkansızlara yardım etməyə çalışır


Amerikada yaşayan müsəlmanlar Ramazan ayında imkansızlara yardım etməyə çalışır
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Amerikada yaşayan müsəlmanlar Ramazan ayında imkansızlara yardım etməyə çalışır

Acları doydurmaq fikri dünyanın əksər dinlərində qəbul edilmiş ümumi bir fəlsəfədir. Ramazan ayında oruc tutan müsəlmanlar da bu günlər imkansızlara yardım göstərməyə çalışır.

Bazar günü səhər namazından dərhal sonra Vaşinqtonun yaxınlığında yaşayan əslən Banqladeşdən olan amerikalı Seyid Məzhar ziyafət hazırlayır. "Bugünkü menyumuzda Əlhəmdulillah noxud və tərəvəzli mal əti var."

O, yeməyin ləzzətini artırır. "Qara bibər, zəncəfil, bu beş ədviyyatın, keşniş və zirənin qarışığıdır."

Bu yemək ailə və ya dostlar üçün deyil, Vaşinqton, Kolumbiya mahalında evsizlər üçündir. "Biz yemək bişirəndə, bu yeməyi necə gəldi bişirmirik. Onlar üçün nəyin yaxşı olduğunu düşünərək bişiririk" deyir Seyid Məzhar.

Məzhar üçün yeməyi bölüşmək onun imanının ifadəsidir. "Eyni zamanda bu bizim kim olduğumuzu, İslamı təmsil etməkdir."

Məzhar 2018-ci ildə amerikalı müsəlman iş adamları və sahibkarlar tərəfindən yaradılmış, Virciniya ştatında yerləşən qeyri-hökumət "Ameen Project" (Amin Layihəsi) təşkilatının "Food For Thought" proqramının iştirakçısıdır.

Hazırda bu, imkansızlara yardım edən müsəlman könüllülər şəbəkəsidir. Onlar müxtəlif ölkələrdən gəlib.

Könüllü Fərzal Əhməd Pakistandandır. "Əgər sən yaxşı yemək yeyirsənsə və qonşun acdırsa, yeməyi yoxdursa, müsəlman deyilsən."

Somalili amerikalı könüllü Əbdirisak Məhəmməd deyir ki, qrup bütün dinlərə mənsub insanlar üçün yemək hazırlayır. "Biz insanlara onların kim olduğuna baxmadan - xristianlar, yəhudilər, evsizlər, onlara baxan heç kim yoxdursa yardım edirik."

Vaşinqtonun ətrafında evsiz insanların məskunlaşdığı müxtəlif parklarda yüzlərlə yemək, şirniyyat və içkilər paylanır. Əslən İndoneziyadan olan Nayla Sungar üçün bu, ailə fəaliyyətinə çevrilib. "Uşaqlarım Amin Layihəsin-də könüllü olaraq çalışır. Ümid edirəm ki, bu, onlara ehtiyac duyduqları hər şeyə sahib olduqlarına görə şükür etmələrinə yardım edir."

Son rəsmi rəqəmlər Vaşinqtonda 4400-ə yaxın evsizin olduğunu göstərir. Bu, pandemiya dövründəkindən aşağı olsa da, lakin hələ də onların çoxunun müntəzəm ərzaq yardımına ehtiyacı var.

XS
SM
MD
LG