ABŞ və İsrailin müqavimətinə baxmayaraq, Fələstinlilərin prezidenti Mahmud Abbasın rəsmi şəkildə BMT-dən tam üzv kimi Fələstin dövlətini tanıması üçün müraciət edib. Cənab Abbas Fələstin dövlətinin tanınması təklifi ilə çıxış etməmək üçün bütün müraciətlərə baxmayaraq, bu gün təklifi BMT-nin baş katibi Ban Ki Muna təqdim edib.
BMT-nin Baş Assambleyasında çıxışı zamanı Mahmud Abbas İsraili “işğalçı” adlandırıb. O deyib ki, İsraiin fələstinlilər üzərindəki nəzarəti “müstəmləkə işğalıdır”. Cənab Abbas İsrailin Fələstin ərazilərində yəhudi yaşayış məntəqələri inşa etməsinin sülh prosesinə mane olduğunu və fələstinlilərin təktərəfli dövlət elan etməkdən bağqa çarəsi olmadığını deyib.
Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində keçirilən görüşlərdə ABŞ və Avropanın diplomatik qarşıdurmadan yayınma səyləri çox az nəticə verib. Yaxın Şərq sülh prosesi üzrə dördlüyün vasitəçilərinin bu gün İsrail-Fələstin danışıqlarına yenidən başlamaq üçün görüşəcəyi gözlənilir.