Bu gün Birləşmiş Şatatlar universitetlərindən birinin kitabxanasına girən silahlı şəxs 3 nəfəri yaraladıqdan və polislə atışmadan sonra öldürülüb. Hadisə Tallahassidəki Florida Dövlət Universitetində yüzlərlə tələbənın qarşıdan gələn imtahanlara hazırlaşdığı vaxt baş verib.
Silahlı şəxs azı 4 dəfə atəş açıb, tələbələrdən bəziləri kitab rəflərinin arasında və masaların altında gizlənib, bəziləri isə qaçmağa nail olub.
Polis yaralanan tələbələrdən ikisinin yerli xəstəxanaya çatdırıldığını, yüngül yaralanan üçüncü tələbənin yarısının isə hadisə yerində sarındığını bildirib.
Rəsmilər kitabxananın yaxınlığında digər naməlum silahlı şəxsin də polis tərəfindən öldürüldüyünü deyib. Polis həmin şəxsin silahı yerə qoyması tələbinə məhəl qoymayaraq, atəş açmasından sonra öldürüldüyünü bildirib.