Son yüzillikdə suların qalxması Bostondan tutmuş Banqkoka qədər şəhər rəsmilərinin qarşısında duran əsas sınaqlardandır. ABŞ-ın Florida ştatının Mayamı şəhəri və onun ətrafında 3 milyona qədər insan yaşayır və bu bölgədə milyardlarla dollarlıq əmlak var. Suyun qalxmasının Birləşmiş Ştatların bu, ən həssas şəhərlərdən biri üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil.
Kruiz gəmiləri Mayamı şəhərinin sevimli limanından yola düşür. Lakin iqlim dəyişikliyi ilə əlaqədar suyun qalxmasına görə gəmilərin buralara yan alması mümkün olmayacaq. “Bu, yağış drenajıdır, su buradan yavaş-yavaş çəkilir" deyə, Syu Broqan bildirir.
Syu Broqan Mayaminin Şorkrest məhəlləsində, küçələri dəniz səviyyəsindən azacıq yüksəkdə olan bir yerdə yaşayır. Okeanda fırtına olarkən dalğalar qalxaraq, bu kimi məhəllələrə çatır. Hələlik bu, bir çətinlikdir. Lakin Broqan vəziyyətin getdikcə ağırlaşacağını deyir. “Bu, xəbərdarlıqdan da artıqdır. Vəziyyət necə olacaq? Biz bu problemi yerli və qlobal səviyyədə həll etməsək, bizi böyük problemlər gözləyir.”
Cənubi Floridanın böyük bir hissəsinin qarşıdan gələn onilliklərdə suyun altında qalma riski var. Biskeyn körfəsi boyunca yerləşən Mayami Biç şəhərinin suyun qarşısını almaq üçün küçələrin səviyyəsi qaldırılır, nasoslar və digər qurğular yerləşdirilir.
Bütün bunlar baha başa gəlir. Mayami şəhərinin ictimai işlər üzrə direktoru Erik Karpenter sakinlərin daşqınların zərərinin azaldılması üçün milyardlarla dollar vəsait sərf etdiklərini deyir. “Xoşbəxtlikdən bu işlərə böyük məbləğdə pul xərcləyən şəhər sakinlərimiz bir iş görməməyin daha baha başa gələcəyini anlayır.”
Mayami şəhərinin sakinləri özləri də bunu başa düşür. Seçicilər Şorkrest və başqa yerlərdə modernizasiya məqsədilə 200 milyon dollarlıq layihəni təsdiqləyib.
Şəhər isə sanki sakinlərə məhəllələrin tamamilə dəyişməli olduğunu, daşqınlardan qorunan evlər və suyu özünə çəkən torpaqlar almaq kimi layihələr üzərində işlənməli olduğunu deməyə çalışır.
Zaman keçdikcə radikal tədbirlərə ehtiyac ola bilər. Mayaminin taleyi okeanın hansı sürətlə və nə qədər qalxmasından asılıdır. Lakin bunun sürətlə artdığı məlumdur.
CLEO institutunun iqlim dəyişikliyi üzrə vəkillər qrupuna başçılıq edən Karolin Luis sahil bölgələrdən köçməyin qaçılmaz olduğunu deyir. “Gec-tez biz buradan köçməli olacağıq. Lakin bu planlı şəkildə olsa, insanları burada təhlükəsiz şəkildə, daha uzun müddət saxlamaq üçün plan olmalıdır. Onda biz böyük iş görmüş olardıq.”
Cənubi Florida və dünyanın sahil şəhərləri ilə bağlı qarşıdan gələn onilliklər suallar qalmaqda davam edəcək.