Accessibility links

Çox təhlükəli İan qasırğası Floridaya yaxınlaşdıqca daha da güclənir


Mayamidə yerləşən Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, son dərəcə təhlükəli İan qasırğası ABŞ-ın cənub-şərqindəki Florida ştatına yaxınlaşdıqca güclənir.

Sinoptiklər İan qasırğasının saatda maksimum 250 kilometr sürətli küləklə Florida ştatının Meksika körfəzi sahillərində olduğunu və fırtınanın davamlı sürəti və dağıdıcı potensialına görə 5 səviyyəli kateqoriyanın 5-ci səviyyəsinə keçmək ərəfəsində olduğunu bildirib.

İan saatda 17 kilometr sürətlə şimala doğru irəliləyir. Qasırğa gücündə küləklər mərkəzdən təxminən 65 kilometr məsafəni əhatə edir, tropik küləklər isə 280 kilometrə qədər uzanır.

Fırtına çərşənbə günü səhər tezdən ştatın cənub yarımadasının Florida Kis arxipelaqının Neapol şəhərindən 105 kilometr cənub-qərbdə olub. İan qasırğasının mərkəzinin çərşənbə günü Floridanın qərb Körfəz sahili bölgəsindəki Fort Meyers və Sarasota şəhərlərinə çatacağı gözlənilir.

Florida ştatının qərb sahillərində 2 milyondan çox sakinə evlərindən təxliyə edilmələri barədə göstəriş verilib. Qubernator Ron DeSantis isə ştatın cavab tədbirləri çərçivəsində minlərlə Milli Qvardiya əsgərini hazır vəziyyətə gətirib. Disney World, Universal Studios və SeaWorld kimi məşhur əyləncə mərkəzləri və kurortları bağlanan yerlər arasındadır.

ABŞ-ın NASA Fəza Agentliyi Floridanın şərq sahilindəki Kennedi Kosmik Mərkəzinin ziyarətçi bölməsini bağlayıb və nəhəng “Artemis 1” Ay raketini və “Orion” kosmik kapsulunu buraxılış meydançasından Nəqliyyat Yığma Binasına qaytarıb.

Tampa və Sankt-Peterburq da daxil olmaqla, bir neçə böyük hava limanı fəaliyyətini dayandırıb, minlərlə uçuş ləğv edilib.

XS
SM
MD
LG