Florida ştatında ABŞ Senatına keçirilən seçkilər federal hakimin seçki rəsmilərini qəzəblə dövləti qlobal “gülünc obyekti”nə çevirdiklərini deməsindən sonra cümə günü əl hesablamasına keçib.
Florida ştatının qanunlarına əsasən, maşın sayının fərqi 0,25 faizdən az olduğu təqdirdə nəticələr yenidən əllə hesablanmalıdır.
Demokrat senator Bil Nelson respublikaçı rəqibi Vali Rik Skota 0,15 faizlə üstün gəlib.
Həm demokratlar, həm də respublikaçılar səslərin sayılması ilə bağlı bir sıra iddia qaldırıb.
Federal hakim Mark Ualker seçicilərə şənbə günü günortaya qədər uyğun olmayan imzaya görə sayılmayan səsvermə bülletenlərini düzəltmək imkanı verib.