FLEX Proqramı Azərbaycandan olan məktəb şagirdləri üçün ABŞ-da bir tədris ili müddətində amerikalı ailədə yaşamaq və Amerika orta məktəbində təhsil almaq imkanı verən təqaüdlər təqdim edir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
FLEX proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosu tərəfindən maliyyələşdirilir.
Onlayn müraciət üçün son tarix 15.01.2016-cı ildir.
Proqram və müraciiətlə bağlı geniş məlumatı bu internet saytı vasiətəsi ilə edə bilərsiniz: www.aisforms.org/flexAZ
2016-2017-ci il FLEX proqramı üzrə şagirdlər üçün nəzərdə tutulan tələblər bunlardır:
-15 fevral 1998-ci il- 15 iyul 2000-ci il tarixləri arasında anadan olmalı;
- Ərizə qəbulu dövründə 11-ci sinifdə təhsil almalı və FLEX proqramı üzrə ABŞ-a yola düşməzdən əvvəl orta məktəbi bitirməli;
- Hərbi xidməti bitirməyi tələb olunan 11-ci sinif şagirdləri proqramda iştirak edə bilməzlər;
- Məktəbdə “yaxşı” və ya “əla” qiymətlərlə oxumalı;
- İngilis dilini bilməli və ərizə qəbulu dövründə ingilis dili bacarığını nümayiş etdirməli;
- Azərbaycan Respublikası vətəndaşı olmalı və xarici pasport ala bilmək imkanına malik olmalı;
- ABŞ-a viza almaq tələblərinə uyğun olmalı;
-Son 5 ildə ABŞ-da 3 aydan çox yaşamamış olmalı.
Səfrilik bildirir ki, proqramda iştirak etmək istəyənlər programflex@gmail.com elektron poçt ünvanı vasitəsilə yaza və ya (051) 660 00 48 nömrəsi ilə zəng edə bilər.