Accessibility links

FKB:Terrorizm və Əl-Qaidə Amerikaya ən böyük təhlükə olaraq qalır


FKB:Terrorizm və Əl-Qaidə Amerikaya ən böyük təhlükə olaraq qalır
FKB:Terrorizm və Əl-Qaidə Amerikaya ən böyük təhlükə olaraq qalır

ABŞ-ın Federal Kəşfiyyat Bürosunun direktoru terrorizm və Əl-Qaidənin Amerikaya qarşı ən böyük təhlükə olaraq qaldığını bildirib. Nümayəndələr Palatasında təşkil edilən dinləmələr zamanı Robert Maller deyib ki, təhlükəli ünsürlərə Pakistan-Əfqanıstan sərhəd bölgələrindəki ekstremistlər, Ərəbistan yarımadasındakı Əl-Qaidə qruplaşmaları, Somalinin Əl-Şahab qrupu və ABŞ-dakı radikal fərdlər daxildir. O, 2009-cu ilin Milad bayramı günü hava limanına bomba keçirilməsi cəhdinin təhlkəyə əyani sübut olduğunu deyib. Federal Kəşfiyyat Bürosunun direktoru onun rəhbərlik etdiyi idarənin heç vaxt belə bir müşkül vəziyyətlə üzləşmədiyini bildirib. Maller deyib ki, terrorizmdən əlavə casusuluq, kibernetika hücumları, korrupsiya və mütəşəkkil cinayətkarlığın müxtəlif növləri ilə mübarizə də var.

XS
SM
MD
LG