Accessibility links

Fizika üzrə Nobel mükafatı bu il üç alim arasında bölünüb


İsveçin Kral Elmlər Akademiyası çərşənbə axşamı fizika üzrə Nobel mükafatının üç alim arasında bölünəcəyini açıqlayıb. Mükafat mürəkkəb fiziki sistemləri anlamağa kömək edən, eləcə də iqlimi proqnozlaşdıran dəyərli işlərə görə ​təqdim edilib.

Stokholmdakı mətbuat konfransında akademiyanın baş katibi Qoran Hansson və Nobelin jüri heyəti fizika üzrə mükafatın bir hissəsinin Syukuro Manabe və Klaus Hasselmann arasında "Yerin iqliminin fiziki modelləşdirilməsi, dəyişkənliyin ölçülməsi və qlobal istiləşməni etibarlı şəkildə proqnozlaşdırılması üçün" gördüləri işlərinə görə təqdim etdiyini açıqlayıb.

Hansson mükafatın digər yarısının isə Qiorqio Parisiyə "atom sistemindən planet ölçüsünə qədər fiziki sistemlərdə nizamsızlıq və dalğalanmaların qarşılıqlı təsirini kəşf etdiyinə görə" verildiyini bildirib.

Mükafat paneli bildirib ki, Manabe və Hasselmann işləri "Yerin iqlimi və bəşəriyyətin ona necə təsir etdiyi haqqında biliklərimizin bünövrəsini yaratdı".

Yaponiyada anadan olan və hazırda Prinston Universitetində baş meteoroloq olan Manab, atmosferdəki karbon qazının artmasının Yer səthində istiliyin artmasına səbəb olması mövzusunda araşdırmalara rəhbərlik edib.

Almaniyanın Hamburq şəhərindəki Max Planck Meteorologiya İnstitutunun meteorologiya professoru Hasselmann hava və iqlimin bir-biri ilə əlaqəsini ortaya çıxaran model yaradıb. Beləliklə də onun modellərin havanın xaotik və dəyişkən olmasına baxmayaraq nə üçün etibarlı ola biləcəyi sualına cavab verib.

Romadakı Sapienza Universitetinin fiziki Parisi isə karyerası boyunca komplex nizamsız materiallarda gizlənmiş nümunələri aşkar edərək elm və riyaziyyatın bütün sahələrində rast gəlinən bir-birinə əks və tamamilə təsadüfi fenomenləri anlamağa imkan verib.

1,1 milyon dollarlıq pul mükafatı üç alim arasında bölünəcək.Tibb üzrə Nobel mükafatı bazar ertəsi açıqlanıb. Sülh və iqtisadiyyat üzrə mükafatlar isə bu həftənin sonunda və gələn həftənin əvvəlində açıqlanacaq.

XS
SM
MD
LG