Filippinin şimalında Luzon boğazında sıx məskunlaşmış adaların bəzirəlində şənbə günü bir neçə saat ara il üç güclü zəlzələ baş verib. Nəticədə səkkiz nəfər ölüb, 60-a yaxın insan xəsarət alıb, evlərə böyük zərər dəyib.
Zəlzələ nəticəsində daş və taxtadan tikilən evlər dağılıb və bu səslər insanları yuxularından oyadıb, deyə deyə, Batanes əyalətinin fövqəladə hallar idarəsinin başçısı Roldan Esdikul bildirib.
Bizim yatağımız hamaq kimi saga-sola sallanırdı. Biz hamımız təhlükəsiz yerə qaçdıq”, Ediskul əlavə edib.
Regionda əlavə yerlatı təkanlar olduğu üçün, İtyabat adasının 1000-dən çox sakininə evlərinə qayıtmamaları məsləhət görülüb.
“Hələ də yaralılar gətirilir”, İtbayatın meri Raul de Saqon bildirib. O deyib ki, əgər daxili kəndlərdən gələn yaralıların sayı artsa, daha çox həkimə ehtiyac ola bilər.
Filippinin seysmologiya agentliyi bildirib ki zəlzələlər 5.4 və 5.9 bal gücündə olub. 5.7 bal gücündü üçüncü zəlzələ isə daha sonra baş verib.
Birinci zəlzələ nəticəsində adanın köhnə əhəngdaşından tikilən 19-cu əsrə aid Santa Maria de Mayan kilsəsinin zəng qülləsi çatlayıb. Ediskul deyib ki, ikinci yeraltı təkanının ardından qüllə sınıb.
İtbayat xəsətxanasına zərər dəysə də, xəstəxana açıq qalıb. Hava qüvvələrinə aid helikopter və təyyarə bərələrə və yaralılara yardım etmək üçün Btanesə yollanıb.
Batanes adalarının bir hissəsi olan İtbayatın 2800 sakini var və ada Filippinlə Tyavanı ayıran Luzon boğazında yerləşir. Adalar daşdan tikilmiş binaları, mərcan divarları və otdan damları ilə məşhurdur.