Accessibility links

Filippində tufan


Filippində Milad bayramı şənlikləri güclü tufana görə təxirə salınıb. Yağış və külək 2 adamın ölümünə səbəb olub.

Ucqar Katanduanes adasında külərin sürəti saatda 255 kilometrə çatıb. Bazar ertəsi küləyin sürəti bir qədər azalaraq saatda 130 kilometrə enib.

Polis Albay vilayətində ölən iki nəfərin daşqınlar altında qaldığını bildirib.

Nina tufanı kimi tanınan bu hava şəraiti günün sonunda saatda 20 kilometr sürətlə Manilanın şimal-qərbinə istiqamət alacaq.

200 mindən çox insanın evakuasiyasına göstəriş verilib. Lakin rəsmilər Milad bayramına görə insanların evlərini tərk etmək istəmədiyini deyib.

XS
SM
MD
LG