Accessibility links

Fil Dişi Sahilinin prezidenti sabitliyə çağırır


Fil Dişi Sahilinin prezidenti sabitliyə çağırır
Fil Dişi Sahilinin prezidenti sabitliyə çağırır

Fil Dişi Sahilinin prezidenti Alassane Outtara ölkəsində sabitliyin bərqərar olunacağına və seçkilərdən sonra başladılmış zorakılıqlar üçün məsuliyyət daşıyanları ədalət məhkəməsi qarşısına çıxaracağına söz verib.

Cənab Outtara Abicanda müxbirlərə deyib ki, onun ən yüksək prioriteti dörd aylıq zorakılıqlardan sonra ölkəyə sabitlik, barışıq və normallıq gətirməkdir. “Ədalət olmadan barışıq ola bilməz. Baraışıq üçünsə isə bağışlamaq lazımdır,” deyə o, bildirib.

Prezident deyib ki, sələfi Laurent Qbaqbo Abicandakı Qolf Otelindən köçürülüb. Cənab Outtara bildirib ki, sabiq lider Fil Dişi Sahilində bir villadadır və onunla sabiq prezident kimi rəftar olunur.

XS
SM
MD
LG