Accessibility links

Fil Dişi Sahilinin lideri mövqelərini möhkəmləndirir


Fil Dişi Sahilinin lideri mövqelərini möhkəmləndirir
Fil Dişi Sahilinin lideri mövqelərini möhkəmləndirir

Yüksək rütbəli BMT rəsmisi deyir ki, Fil Dişi Sahilinin hakimiyyətdə olan prezidenti Laurent Qbaqboya sadiq qüvvələr sülh danışıqları üçün ayrılmış fasilədən istifadə edərək Abicandakı mövqelərini möhkləmləndirmişdir.

BMT sülhməramlı qüvvələrin rəhbəri Alain Le Roy deyib ki, çərşənbə axşamından bəri cənab Qbaqbonun qüvvələri Abicanda nəzarət etdikləri ərazini genişləndiriblər və hazırda Plato və Kokodi məhəllələrinə tam nəzarət edirlər.

Beynəlxalq ictimaiyyət tərəfindən legitim prezident kimi tanınmı. Alassane Outtaraya sadiq qüvvələr cənab Qbaqbonun prezident iqamətgahını mühaisərəyə alıblar. Cənab Qbaqbo orada ağır silahlarla silahlanmış muzdlular tərəfindən qorunur.

XS
SM
MD
LG