Accessibility links

FIFA - Qarşıdakı yol [Video]


FIFA - Qarşıdakı yol
please wait

No media source currently available

0:00 0:02:12 0:00

FIFA - Qarşıdakı yol

May ayıda 14 FIFA rəsmisi korrupsiyada təqsirləndirib.

Amerika və İsveçrənin rəsmi nümayəndələri FIFA rəsmilərinə qarşı cinayət işini davam etdirdiyi vaxt qurum və onun rəhbərliyinin gələcəyi müəmmalı olaraq qalır. Anti-korrupsiya məsələləri üzrə ekspert Amerikanın Səsinə müsahibədə FIFA-nın bütün dünyada özünə etibarı yenidən bərpa etmək üçün görməli olduğu tədbirlər haqqında danışıb.

Bu insanlar və FIFA ilə əlaqədar olan hər bir kəs haqda hüquqi ekspertiza tətbiq edilməlidir ki, təşkilatın quruluşu dəyişəndə bütün dünya həqiqətən də təmiz səhifədən başlanıldığına əmin olsun

ABŞ Ədliyyə Nazirliyinin tarixində xarici ölkədə ən böyük rüşvətxorluq halları üzrə cinayət işi 2013-cü ildə FIFA-nın sabiq icraçı direktoru Çak Bleyzerin gizli bir şəkildə günahını boynuna alması ilə başlayıb. Bunun ardınca may ayıda 14 FIFA rəsmisi korrupsiyada təqsirləndirib.

Hüquqşünas professor Cennifer Arlen deyir ki, prokurorlar bu işi sonuna qədər aparacaq.

“Prokurorların istintaqa başlayıb, bir qrup insanı təqsirləndirərək digər insanları əməkdaşlıq etməyə təşviq etməsi qeyri-adi bir hal deyil. Əməkdaşlıq etmək istəməyən insanları buna təşviq etməyin ən yaxşı yolu digərlərinə qarşı ittihamlar irəli sürməkdir.”

Qadınlar arasında Dünya Kuboku uğrunda final matçının televiziyada izlənmə rekordu ABŞ futbolunun gələcəyinin ümidverici olduğunu deməyə əsas verir. Lakin FIFA üçün bu gələcək qeyri-müəyyəndir.

Anti-korrupsiya eksperti Cef Tins FIFA-nı “multi-milyard dollarlıq gizli cəmiyyət” adlandırır və FIFA-nın 209 üzvünün baş icraçılarla uzun zamandır münasibətlərinin davam etdiyini deyir.

Çak Bleyzer
Çak Bleyzer

“Bu insanlar və FIFA ilə əlaqədar olan hər bir kəs haqda hüquqi ekspertiza tətbiq edilməlidir ki, təşkilatın quruluşu dəyişəndə bütün dünya həqiqətən də təmiz səhifədən başlanıldığına əmin olsun.”

FIFA İcraiyyə Komitəsinin keçmiş üzvü Aleksandra Reyc deyir ki, şəffalığın olmaması təşkilatdakı müsbət və əxlaqlı insanların əleyhinə çevrilir.

“Bu təşkilat qeyri-kommersiya təşkilatıdır və ictimaiyyət qarşısında məsuliyyət daşımalıdır. Onlar vergidən azad olmaqdan faydalanır, bunun qarşılığı isə daha böyük şəffaflığı olmasıdır. FIFA kimi böyük resurslara malik qeyri-kommersiya təşkilatları ictimai korporasiyalarla müqayisədə daha az şəffaf olanda, bu o deməkdir ki, sistemdə problem var.”

FIFA-nın Şimali Amerika, Mərkəzi Amerika və Karrib bölgələri üzrə idarəetmə orqanı olan CONCACAF bu yaxınlarda islahatlar keçiriləcəyini açıqlayıb. Bu islahatlara icra komitəsinin üzvlərinin səlahiyyət müddəti üçün limitin dəyişməsi, təchizatçıların kredit və şəxsi tarixçələrinin yoxlanılması və yeni ictimaiyyət üçün illik maliyyə hesabatlarının açıqlanması daxildir.

XS
SM
MD
LG