Accessibility links

Etibar ferması


Etibar ferması
please wait
Embed

No media source currently available

0:00 0:02:37 0:00

ABŞ-ın Virciniya ştatının Uorrenton şəhərində yerləşən fermada
alış-veriş gedir. Lakin bu fermanı digərlərindən fərqləndirən alıcılara etibardır.

"Mən sanki yuxudayam. Heç vaxt belə bir güclü ləyaqət sistemi görməmişdim. Mən burada ona borcumu ödəmək üçün dayanmıram. Borcumdan daha artıq ödəmək istəyirəm. Çünki belə bir etibarlı insan görməmişəm" - deyə, Linda Rayt adlı alıcı bildirib.

Alvin Henri oğlu ilə bərabər bu fermanı 50 pomidor və qarğıdalı əkini ilə başlayıb. Bu il onun məhsul tədarükü iki dəfə artıb.

"Bir neçə pomidor kolu və qarğıdalı əkməklə biznesə başladım. Daha sonra əlavə pomidir əldə etdim. Burada 1 metrlik masa qoydum. Çünki bütün gün burada olmalıydım. İnsanlardan pulları girişdə qoymalarını istədim" , Alvin Henri bildirib.

Fermerlik Virciniyanın şimalında həyatın bir hissəsidir. Yay və payız aylarında marketlərə hər yerdə rast gəlmək olur.

Herni işə adam qəbul etmədən məhsullarını satmağa çalışır ki, bütün ili burada olmasın.

"Yumurta aldım, pulu qutuya addım. Bəzən bir dollar çatmırsa az atıram, gələn dəfə daha çox" , alıcı Dara Ueber deyib.

Henri deyir ki, əsas olan etibardır. Bəlkə düşünürsünüz ki, o özünü çox nadir hallarda aldadılmış hesab edir.

"Mən onların özlərini yaxşı hiss etməsini istəyirəm Onlara etibar edirəm. Bəzən mənə elə gəlir ki, istədiyimdən daha çox pul qazanmışam."

Henrinin gündəlik işi ev satmaqdır. Bu market isə onun qürur mənbəyidir.

Henri oğurluğun problem olmadığını düşünür. O deyir ki, yerli ayılar onun məhsullarını insanlardan çox oğurlayır.

XS
SM
MD
LG