Accessibility links

Nardaran hadisələri ilə bağlı daha bir nəfər həbs edilib


Fərhad Mirzə
Fərhad Mirzə

“Müsəlman Birliyi Hərəkatı"nın daha bir üzvü tutulub.

Hüquq-mühafizə orqanlarından APA agentliyinə verilən məlumata görə, "Müsəlman Birliyi Hərəkatı" adlı qurumun İdarə Heyətinin üzvü, ilahiyyatçı Fərhad Mirzə Bakının Binə qəsəbəsində saxlanılıb. O, Nardaran hadisələrində təqsirləndirilir və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fərhad Mirzə "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırovun yaxın tərəfdaşı olub.

Hüquq mühafizə orqanları noyabrın 26-da Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ikisi polis əməkdaşı olmaqla, 7 nəfər güllə yarasından ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin çoxsaylı maddələri, o cümlədən konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

Rəsmi şəxslərin dediyinə görə, Nardaran hadisələri ilə bağlı indiyədək 30-dan çox adam həbs edilib.

XS
SM
MD
LG