Accessibility links

Feminist Hərəkatı: Yürüşümüzü keçirəcəyik


Feminist Hərəkatı yürüş keçirir
Feminist Hərəkatı yürüş keçirir

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Feminist Hərəkatının martın 8-də saat 15-də Bakıda, Nizami küçəsindən "Kolorit" kafesinin qarşısına qədər yürüş keçirmək üçün müraciətinə mənfi cavab verib. Meriya yürüşün təşkilatçılarına alternativ yer olaraq martın 8-də Bakıdan 20 kilometr aralıda, Qaradağ rayonu, Lökbatan qəsəbəsində marşrut təklif edib.

Yürşün təkilatçılarından Vəfa Nağı Amerikanın Səsinə bildirib ki, Bakı şəhər İcra Hakimiyyətinə məsləhət üçün müraciət edilməyib.

“Biz qanunvericiliyə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyətini yürüşü keçirməyimizlə bağlı xəbərdar etmişik. Onların təklifini qəbul etmirik və yürüşümüzü şəhərin mərkəzində keçirəcəyik,” oo qeyd edib.

Azərbaycan Feminist Hərəkatı 8 Mart tarixi gününü qeyd etmək məqsədi ilə "8 MARŞ - Bizimdir Hürr Küçələr" yürüşü keçirmək barədə qərar qəbul edib.

Yürüşün əsas şüarları belədir:

Birləşsinlər qadınlar,
Susmaq yoxdur, üsyan var!

Küçələrdən qorxma!
Azadlığını boğma!

“Həmin gün biz cəmiyyəti patriarxatdan azad etmək və səsimizi duyurmaq naminə birləşəcəyik. 8 Mart - tarixən qadınların öz hüquqlarını tələb etmək məqsədilə etirazlar keçirməsi üçün təyin olunmuş gündür. Biz öz mübariz köklərimizə geri qayıtmalı, haqlarımız uğrunda yenidən birləşməliyik.
Yürüşün məqsədləri çoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz etmək, insanları kişi hakimiyyətinə qarşı səfərbər etməkdir,” Azərbaycan Feminist Hərəkatının mürasiətində qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Rusiya rəsmiləri Ukrayna ilə bağlı atəşkəs təklifini müzakirə edəcək
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:25 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Prezident Trampın Konqresin birgə iclasında məruzəsi. Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səylər.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:30:36 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG