Federal hakimin cümə axşamı Tramp administrasiyasının CNN müxbirinin işinini görmək üçün Ağ Evə buraxılmasına ən azı müvəqqəti olaraq icazə verməli olduğu elan edəcək.
CNN-in Ağ Ev müxbiri Cim Akosta çərşənbə günü dinləmələrdən sonra heç bir şərh verməyib və hakim Timoti Kellinin CNN-in müraciəti ilə baxılan işlə bağlı qərarına gözləməyə üstünlük verib.
Tramp administrasiyası keçən həftə Akostanın Ağ Evdə akkreditasiyasını ləğv edib. Bu addım Akostanın Ağ Evdə keçirilən mətbuat konfransı zamanı Trampın Mərkəzi Amerika ölkələrindən gələn miqrant karvanını “işğal” kimi təsvir etməsinə tənqidi münasibət bildirməsindən sonra atılıb.
Ağ Ev rəsmiləri həmçinin Akostanı prezidentlə mübahisə zamanı mikrafonu ondan almağa çalışan təcrübəçinin "əlinə toxunmaqda" ittiham edib. Video görüntülərdə Akostanın təcrübəçi ilə aqressiv davranmadığı göstərilir.
ABŞ-ın bir sıra aparıcı media qurumları CNN tele-kanalının Ağ Evdəki müxbiri Cim Akostanın akkreditasiyasının qaytarılması səylərinə dəstək verdiyini bildirib. Onlar arasında CNN-in ənənəvi rəqibi sayılan Fox News tele-kanalı da var.