Accessibility links

Trampın mühacirlərə sığınacaq məhdudiyyəti aradan qaldırılıb


Dünyanın ən böyük sərhəd keçid məntəqəsi çərşənbə axşamı açılıb. ABŞ federal hakimi Tramp administrasiyasının yeni mühacirət qaydalarına qadağa qoyaraq sığınacaq istəyən şəxsləri müvəqqəti məhdudlaşdırma qaydası təmin edib.

Meksikadakı Tihuana və Kaliforniyadakı San-Diyeqo arasındakı keçid məntəqəsini bağlaması çox sayda meksikalının ABŞ-a keçməsinin qarşısı alınıb və Meksikanı ziyarət edən və evə dönməyə çalışan ABŞ vətəndaşları üçün kütləvi tıxaca səbəb olub.

Sığınacaq axtaran minlərlə mühacir tikanlı məftilli və ABŞ sərhəd qoşunlarının qoruduğu sərhəddə dilemma ilə qarşılaşıb.

"Mən mübarizə aparacam, ABŞ-a keçə bilmədiyim halda, burada Meksikada işləmək və mənə lazım olan hər şey üçün siyasi sığınacağa müraciət edəcəm"- deyə, honduraslı miqrant Noye Martinez söyləyib.

Miqrantlar Tihuana şəhərindəki yüzlərlə yerli əhali tərəfindən "çıxın gedin" və "evinizə qayıdın" kimi çağırışlarla düşməncəsinə qarşılanıblar.

ABŞ prezidenti Donald Tramp miqrantları çox sərt şəkildə tənqid edərək, karavanı Mərkəzi Amerika kriminalları və “işğalçı” adlandırıb.

Lakin miqrantların bəziləri Hondurasdakı zülm və kriminal qruplaşmalardan xilas olmaq üçün ABŞ-a qaçdıqlarını bildirib.

XS
SM
MD
LG