Accessibility links

Federal apellyasiya məhkəməsi Tramp əleyhinə qərar çıxardı


ABŞ-ın federal appellyasiya məhkəməsi Tramp administrasiyasının Obama dövrünə aid gənc immiqrantların deportasiya olunmaqdan qoruyan proqramı sonlandırmağa çalışarkən “özbaşına və şıltaq” şəkildə davrandığına dair qərar çıxarıb.

ABŞ-ın 4-cü Apellyasiya Məhkəməsi cümə günü 2-1 səs fərqi ilə qərar verib ki, Tramp administrasiyası DACA (Mühacir uşaqlar üçün fəaliyyətin təxirə salınması) proqramını adekvat izah vermədən ləğv etməyə çalışarkən federal qanunu pozub.

Ali Məhkəmə Tramp adminisntrasiyasının digər aşağı instansiyalı məhkəmələrin qərarları ilə bağlı etdiyi apellyasiya şikayətini nəzərdən keçirir. Hakimlər yekun qərar üçün bir tarix təyin etməyib.

Əgər ali məhkəmə apellyasiya şikayətlərini qəbul etdiyinə dair qərar çıxarsa, bu o deməkdir ki, məsələ ilə bağlı 2020-ci ilədək qərar açıqlanmayacaq.

XS
SM
MD
LG