Fevralın 29-da Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin Azərbaycana rəsmi səfəri başlayıb.
Səfər çərçivəsində Federika Mogerininin prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.
Fevralın 29-da günün sonunda Elmar Məmmədyarov və Federika Mogerini birgə mətbuat konfransı keçirəcək.