Accessibility links

FTB: Liderinin öldürülməsinə baxmayaraq, Əl-Qaidə ABŞ-a zərbə endirməkdə qərarlıdır


Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey
Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey

Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey cümə axşamı bildirib ki, o, keçən həftə sonu Əfqanıstanda Əl-Qaidə liderinin pilotsuz təyyarənin hücumu nəticəsində öldürülməsinə baxmayaraq, qrup tərəfindən planlaşdırılan genişmiqyaslı hücumdan narahatdır.

“Həm Əl-Qaidə, həm İslam Dövləti, həm də onların təsiri altında olan qruplar Birləşmiş Ştatlarda genişmiqyaslı hücumlar həyata keçirmək və ya bunu təşviq etmək niyyətindədir” - deyə, Rey Senatın Ədliyyə Komitəsi qarşısında ifadəsi zamanı bildirib.

2001-ci il 11 sentyabr hücumlarının əsas memarı olan Əl-Qaidə lideri Ayman Əl-Zəvahiri bazar günü səhər saatlarında Kabilin mərkəzindəki gizləndiyi evə endirilən zərbə zamanı öldürülüb.

“Əl-Qaidə” və ya “İslam Dövləti”nə fürsət verilərsə, ABŞ-a zərbə endirə bilərlərmi” sualının cavabında Rey “Əlbəttə” deyib.

Onun sözlərinə görə, yaxın perspektivdə rəhbərliyi zəifləmiş Əl-Qaidə diqqətini daha çox “öz təsiri altında olan beynəlxalq qrupları inkişaf etdirməyə, Şərqi və Qərbi Afrika kimi bölgələrdə kiçikmiqyaslı hücumları dəstəkləməyə” yönəldəcək.

Əl-Zəvahirinin öldürülməsi ilə bağlı ilk çıxışında Rey deyib ki, Əl-Qaidə rəhbərinin Haqqani şəbəkəsinin yüksək rütbəli üzvünə məxsus olduğu iddia edilən evdə gizləndiyinə təəccüblənmədiyini, amma məyus olduğunu deyib.

Usamə Bin Ladenin ABŞ-ın 2011-ci ildə keçirdiyi reyd zamanı öldürülməsindən sonra Əl-Qaidə lideri vəzifəsinə keçən Əl-Zəvahiri Federal Təhqiqat Bürosunun ən çox axtarılanlar siyahısında idi və onun ələ keçirilməsi üçün 25 milyon dollar mükafat vəd edilmişdi.

Vaşinqton Talibanı 2020-ci il paktını pozmaqda ittiham edib: “Taliban Əl-Qaidə liderinə Kabildə yerləşdirib, ona sığınacaq verməklə Doha sazişini kobud şəkildə pozub və Əfqanıstan ərazisinin terrorçular tərəfindən digər ölkələrin təhlükəsizliyini təhdid etmək üçün istifadəsinə icazə verməyəcəyinə dair dünyaya dəfələrlə verdiyi zəmanəti pozub” - deyə, ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

XS
SM
MD
LG