Accessibility links

Fazil Qəzənfəroğlu: Müsəlman dünyasında inteqrasiyanı düşünmək çox çətindir [Audio]


Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa

Milli Məclisin deputatının Amerikanın Səsinə müsahibəsi

Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu Amerikanın Səsinə müsahibəsində islam dünyasında disinteqrasiya, bunu doğuran faktorlardan danışıb.

please wait
Embed

No media source currently available

0:00 0:05:20 0:00

Amerikanın Səsi: Müsəlman dünyasında inteqrasiya varmı?

Konkret olaraq islam prinsiplərinin nə olduğunu və yaşanan islamın nə olduğunu fərqləndirmədən bu arealda hansısa hadisələri doğru təhlil etmək mümkün deyil.

Fazil Qəzənfəroğlu: Ümumiyyətlə müsəlman dünyası anlayışı doğru işlədilmir. İngilis, yəhudi dünyası var və dünyada yaşayan müsəlmanlar var. Çünki müsəlman dünyası deyəndə elə başa düşülür ki, dünyanın hansısa bir hissəsinə müsəlmanlar nəzarət edir və ya necə yaşamağı onlar müəyyən edir. Bu baxımdan da başqalarının cızdığı trayektoriya üzrə yaşayan cəmiyyətlərin nə etdiyini sorğulamaq, üzə çıxarmaq çox çətin məsələdir. Konkret olaraq islam prinsiplərinin nə olduğunu və yaşanan islamın nə olduğunu fərqləndirmədən bu arealda hansısa hadisələri doğru təhlil etmək mümkün deyil. Ona görə də atılan addımların böyük əksəriyyətinin islamla əlaqəsi yoxdur, hazır siyasi layihələrin icrasından ibarətdir. Amma, ad olaraq, görüntü olaraq islam pərdəsidir. Bu baxımdan yanaşsaq, gələcəkdə də bu arealda daha fəlakətli hadisələrin baş verməsi qaçılmazdır və gələcəkdə də savaş, qan kəsilməyəcəkdir. Çünki ağılla problemlərin çözülməsi perspektivi yoxdur.

Amerikanın Səsi: Türkiyə prezidenti bəyan edib ki, müsəlman dünyası disinteqrasiya olunub. Bu nə qədər doğrudur?

Müsəlmanların ortaq prinsiplər üzərində qurulan bir cəmiyyətləri yoxdur ki, deyəsən niyə pis inteqrasiya olunursan.

Fazil Qəzənfəroğlu: Bilirsiniz, hara inteqrasiya olunmaqdan söhbət gedir. İnsan birinci özünün prinsiplərini doğru müəyyənləşdirər, sonra başqa sferada olan qüvvələrlə müəyyən əlaqələr, əməkdaşlıqqurulmasına səy göstərər. Yəni, öz daxilində dəqiq ehkamları təhrif edərək islam adına qəbul edən, yaxud islam adına tətbiq edən şox sayda cəmiyyətlər var. Belə bir vəziyyətdə onlara təqlid olunan yaxşı yaşam şərtlərini qəbul etmək istəmirlər. Diqqət edirsinizsə bu islamla da bağlı deyil, toplumların mədəniyyəti, səviyyəsi, təhsili ilə bağlı məsələdir. Məsələn, Malaziyadakı müsəlmanlarla Banqladeşdəki müsəlmanların və ya Azərbaycandakı müsəlmanlarla Türkiyədəki, Yəməndəki və b. müsəlmanların şüur səviyyəsi tam fərqlidir. Ona görə də müsəlmanların ortaq prinsiplər üzərində qurulan bir cəmiyyətləri yoxdur ki, deyəsən niyə pis inteqrasiya olunursan. Elə Türkiyənin özü də, müəyyən dərəcədə modern bir dövlət formasında olsa da, cahillik elementləri kifayət qədər böyükdür. Türkiyədə də islam bir siyasi alət vasitəsinə çevrilə bilib. Ona görə də bu mövzu Türkiyə üçün də gəlcəkdə yaxşı vəd vermir.

Amerikanın Səsi: Disinteqrasiyanın əsa faktorları nədir?

İslamı siyasətin içində görməyə başlasan, onda öz ehkamlarını başqalarına qəbul etdirərsən, başqalarının yaşam tərzinə tolerant yanaşmayacaqsan.

Fazil Qəzənfəroğlu: Birinci növbədə qəbul etmək lazımdır ki, islam istənilən cəmiyyətə tətbiq olunan dindir, siyasətdən kənardır və insanın daxili aləmidir. Ümumiyyətlə islam üç yerdə var: insanın özünün anladığı, ruhun anladığı və cəmiyyətin anladığı islam. Bu üç sferadan başqa, islamı siyasətin içində görməyə başlasan, onda öz ehkamlarını başqalarına qəbul etdirərsən, başqalarının yaşam tərzinə tolerant yanaşmayacaqsan. Necə ki, indi ərəb ölkələrində də, İranda da, başqa yerlərdə də belədir. Yəni başqa baxışlara amansız bir əks münasibət var. Əsas səbəb budur. Bu dəyişməsə, ön yarğı ortadan qalxmasa, insana yaradanın yaratdığı bir dəyər kimi baxılmasa, ancaq əlahiddə bir müsəlman kimliyinin daha üstün olduğuna özünü inanadırmağa başlasa, onda disinteqrasiya üçün əsas səbəblər yaranır.

Amerikanın Səsi: Fikrinizcə disinteqrasiyanın qarşsının alınması üçün nə edilməlidir?

Bunun üçün birinci növbədə həmin cəmiyyətlərdə dünyəvi təhsilin, universitet mexanizminin inkişafına, orta təhsilin yüksək səviyyədə qurulmasına çalışmaq lazımdır.

Fazil Qəzənfəroğlu: Bu çox çətin məsələdir. Hər bir cəmiyyət demokratik, modern dövlət olmaq uğrunda səylərini ortaya qoymalıdır. Bunun üçün isə birinci növbədə həmin cəmiyyətlərdə dünyəvi təhsilin, universitet mexanizminin inkişafına, orta təhsilin yüksək səviyyədə qurulmasına çalışmaq lazımdır. Məsələn, Sinqapur nümunəsi nəyi göstərdi? Eyni zolaqda kiçik bir cəmiyyət böyük bir dövlət qura bilir. İsrail nümunəsi nəyi göstərdi? Eyni bir səhrada, amma daha üstün texnologiya ilə ağıl işlədərək daha üstün mövqeyə keçmək mümkündür. Həm də demokratik cəmiyyət qurmaq mümkündür. Bunu dərk etmək lazımdır. Sadəcə bunu əngəlləmək üçün əslində bir qrup şəxslər islam adından istifadəni önə çəkir. Beləliklə, islam teokratiyanı, cəhaləti dəstəkləyən bir din kimi görünməyə başlayır. Bu yanaşmanı dəyişmək lazımdır. Bu da çox çətin dəyişilə bilən məsələdir. Çünki insanların rifahının yaxşılaşması da buna imkan vermir. Ərəb ölkələrinə allah-təla neft verib, amma yenə də əhalinin zənginləri ilə yoxsulları arasaında disbalans mövcuddur.Hətta peyğəmbərimiz dövrünün paylaşımı, insanlar arasında ünsiyyət məsələsi yetərli səviyyədə deyil, qadın haqları kifayət qədər tanınmır. Bunlar hamısı ciddi problemlərdir və inteqrasiyanı düşünmək çox çətindir.

XS
SM
MD
LG