Accessibility links

FARS: "Bakı anti-İran separatçısını qovmaqla müsbət addım atıb"


A marker with the epitaph: "They died for Putin's lies" is seen at a mass grave in the village of Nyzhnya Krynka, eastern Ukraine, Sept. 23, 2014.
A marker with the epitaph: "They died for Putin's lies" is seen at a mass grave in the village of Nyzhnya Krynka, eastern Ukraine, Sept. 23, 2014.

Çöhrəqanlı: "Molla rejimi və Əliyev hakimiyyətinin Güney Azərbaycan milli hərəkatı ilə bağlı ortaq strategiyası var"

"Bakı anti-İran separatçısını qovaraq (deportasiya edərək) müsbət bir addım atıb". Bunu İranın yarı-rəsmi "Fars" xəbər agentliyi Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının Bakıya buraxılmamasını şərh edərkın yazıb.

Məqalədə deyilir ki, illərdir İsrail və Amerikanın gizli xidmətlərinin rəhbərliyi ilə İrana qarşı separatçı fəaliyyətlərlə məşğul olan anti-İran qaçaq separatçı Bakı hava lımanından deportasıya edilib.

​Fars xəbər agentliyi APA xəbər agentliyinə istinadən bildirib ki, Frankfurt-Bakı reysi ilə Heydər Əliyev adına hava limanına gələn Mahmudəli Çöhrəqanlı hava limanı rəsmiləri tərəfindən eyni təyyarə ilə deportasiya edilib.

"Sözdə Dünya Azərbaycanlılar Kongresesinin (DAK) başqanı Sabir Rüstəmxanlı kimi bəzi adı çıxmış (bədnam) etnosentrist şəxslər Çöhrəqanlını qarşılamaq üçün hava limanı getmişlər" - deyə məqalədə qeyd edilir. Xəbər agentliyi habelə yazır ki, DAK kimi etnosentrist qruplar son aylarda bəzi toplantılar keçirərək və xüsusilə Çöhrəqanlının səfərinə təşkilatçılıq etməklə İran və Azərbaycan Respuklikasının dost münasibətlərinə zərbə vurmaq istəyirlər.

FARS xəbər agentliyində dərc edilən məqalə barədə Amerikanın Səsinə açıqlama verən GAMOH lideri Mahmudəli Çöhrəqanlı Amerika və İsrail agenti olması ittihamlarına münasibət bildirib: "İran rejimi məmulən öz muxaliflərini İsrail və Amerika agenti adlandırar. Harada görülüb ki İsrail və Amerika ajanının Azərbaycana girişi yasaq olsun, ki mən ikincisi olum? Mən Amerika və İsrail ajanı olsaydım heç zaman girişimdə problem yaratmazdılar".

Harada görülüb ki İsrail və Amerika ajanının Azərbaycana girişi yasaq olsun?
Mahmudəli Çöhrəqanlı
GAMOH lideri habelə məqalədə Azərbaycanın bu addımının alqışlamasına da münasibət bildirib. "Bildiyiniz kimi rəsmi Fars xəbər agentliyinin münasibəti İran-Fars-Molla rejiminin münasibəti kimi sayılmaqdadır və bunların bu tip münasibəti bizi güclü və təhlükəli bir düşmən kimi gördüklərinin ifadəsidir. Azərbaycan milli hərəkatının çox güclü, aktiv, və təhlükəli hala gəlməsinin aşkar göstəricisidir. Bu məsələ İran-Fars-Molla rejimi və İlham Əliyev hakimiyyətinin Güney Azərbaycan milli hərəkatı ilə bağlı ortaq strategiyalarını göstərməkdədir," - deyə Mahmudəli Çöhrəqanlı Amerikanın Səsinə bildirib.
XS
SM
MD
LG