Accessibility links

İran azərbaycanlı fəal Əlirza Fərşi üniversitet müəllimliyindən azad edilib


İRANDA CULFA ŞƏHƏRİ
İRANDA CULFA ŞƏHƏRİ

Azərbaycanlı fəalın vəzifəsindən kənarlaşdırılmasının səbəbi olaraq onun həbsə məhkum olunması göstərilib. Soydaşlarının hüquqlarını müdafiyə edən başqa bir neçə azərbaycanlı fəal da işlərindən kənarlaşdırılıb.

Əlirza bəy Fərşi Diyzəci Yekan, Culfa şəhərindəki “Azad” Üniversitindən müəllimlikdən azad edilib. Bu barədə “Savalan Səsi” saytı məlumat yayıb.

“Danişcu Niyoz” saytı isə bildirir ki, cənab Fərşinin müəllimlikdən azad edilməsi barədə əmri “Azad” Üniversitetinin rəisi imzalayıb. Əmrdə deyilir ki, “üniversitet azərbaycanlı mədəni fəallın müəllimliyinə son qoyur və Əlirza bəy Fərşinin üniversitetin alimlər heyətindən çıxarır.”

“Savalan səsi”nin yazdığına görə, üniversitetin qərarında Təbriz İnqilab məhkəməsinin hökmü əsas kimi göstərilir. Məhkəmə cənab Fərşini bir il müddətinə həbsə məhkum edib. İkinci instansiya məhkəməsi (yuxarı məhkəmə) isə həbsin müddətini 6 aya endirib. Əlirza Fərşi kompüter müəllimidir. O 15 ay əvvəl Təbrizin “Şah Gölü” meydanında nümayişdə iştirak edib və başqa azərbaycanlılarla birgə “Türk dilində mədrəsə” şüarı qaldırıb. Cənab Fərşi nümayiş zamanı saxlanıb və 3 ay həbsdə qaldıqdan sonra zəmanətlə azadlığa buraxılıb.

İran saytlarının yazdığına görə, mühəndis Fərşi ilə yanaşı soydaşlarının hüquqlarını müdafiə məqsədi ilə nümayişlərdə iştirak edən digər azərbaycanlılar da işlərindən azad edilib. Onların siyahısına Abdullah Abbasi Cavan, Səyid Mətinpur, Mehdi Nəyimi, və Fərzad Səmədli daxildir.

Bundan əlavə, Səyid Muradi Nəqədeh maqistraturada(lisans) təhsilini davam etdirməkdən məhrum edilib. “Güney Azərbaycan” Xəbər Mərkəzi saytının məlumatına görə, Səyid Muradi İranın millət vəkillərinə magisturaturaya bərpa edilməsinə kömək məqsədi ilə müraciət edib.

“Savalan Səsi”nin xəbərinə görə, Səyid “Gilan” üniversitətində hüquq təhsili alırdı. O “Qopuz” və “Çağrı” tələbə jurnalarında məqalələr çap etdirirdi.



XS
SM
MD
LG