Accessibility links

Facebook fəalının atası saxlanılıb


Ruslan Nəsirli
Ruslan Nəsirli

Şamil Nəsirlidən oğlunu təslim etməsi tələb edilir

Bu gün AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirlinin atası Şamil Nəsirli Saatlı rayon Polis Şöbəsinə aparılıb və ondan oğlunu polisə təslim etməsi tələb olunub. Bu barədə Amerikanın Səsinə AXCP Saatlı rayon təşkilatından bildiriblər.

Yerli təşkilatın məlumatına görə, Şamil Nəsirli Bakıya gətirilib və o hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir. Şamil Nəsirli telefonla oğlu ilə əlaqə saxlayıb və oğlu rəsmi çağırış göndərilməsinin vacibliyini bildirib.

AXCP hesab edir ki, fəalın polis tərəfindən axtarılması onun Facebook-da ötən gün cəbhədə yaşanan atışma zamanı Azərbaycan ordusunun verdiyi itkilərlə bağlı Ali Baş komandandan xalqa hesabat verməsini istəyən aksiya üçün dəvət yaratmasıdır. “Polisin hərəkətə keçməsi də bununla bağlıdır”.

Bununla bağlı polisdən məlumat almaq mümkün olmayıb.

XS
SM
MD
LG