“Facebook” üztanıma sistemini bağladığını bildirib. Foto və videolarda insanları avtomatik tanıya bilən texnologiya ilə bağlı “artan ictimai narahatlıqlara” istinad edən şirkət problemlərin həlli üçün texnologiya üzərində işləməkdə davam edəcəyini bildirir.
"Tənzimləyicilər hələ də onun istifadəsinin dəqiq qaydalar toplusunu təqdim etmək prosesindədir" - deyə, Facebook-un süni intellekt üzrə vitse-prezidenti Cerome Pesenti bloq yazısında bildirib.
Reuters xəbər verir ki, bu addım 1 milyarddan çox insanın "üztanıma şablonlarını" siləcək. Facebook gündəlik aktiv istifadəçilərinin üçdə birinin texnologiyaya üstünlük verdiyini bildirib. Şirkət silinmələrin dekabr ayına qədər aparılacağını bəyan edib.
Şirkət həmçinin bildirib ki, göz əlilləri üçün şəkillərin səsli təsvirlərini yaradan alət normal işləyəcək, lakin artıq fotoşəkillərə insanların adlarını daxil etməyəcək.
Keçən həftə adını Meta-ya dəyişdirən Facebook simaların tanınması ilə bağlı qapını həmişəlik bağlamır.
“Gələcəyə baxsaq, biz hələ də üztanıma texnologiyasını güclü bir vasitə kimi görürük, məsələn, şəxsiyyətlərini təsdiqləməyə ehtiyacı olan insanlar üçün və ya fırıldaqçılıq və kimliyi təqlid etmənin qarşısını almaq üçün bu texnologiyalar üzərində işləmək və kənar ekspertləri cəlb etməkdə davam edəcək" - deyə, şirkət bildirib.