Facebook sosial media şəbəkəsi istifadəçilərinin sayının bir milyarda çatdığını elan edərək, mühüm bir mərhələyə qədəm qoyub.
Şirkətin məsləhətçisi Mari Smit Amerikanın səsinə deyib ki, Facebook insanların biznes əlaqələri və şəxsi ünsiyyət formasını dəyişdirə bilib.
Bu gün açıqladığı bəyanatda Facebook istifadəçilərinin sayının bir milyona sentyabr ayının ortalarında çatdığını bildirib.
Facebook şirkətinin təsisçisi Mark Zukerberq NBC televiziyasına müsahibədə bu inkişafı inanılmaz bir hadisə kimi qiymətləndirib.
Zukerberq Facebook şirkətini 2004-cü ildə Harvard universitetinin tələbəsi olduğu zaman yaratmışdı.
Ekspertlər gələcəkdə sosial media vasitələrinin gündəlik həyata daha çox şamil ediləcəyinə ümid bəsləyir.