Accessibility links

Facebook səhmləri birjalara çıxarılacaq


Facebook səhmləri birjalara çıxarılacaq
Facebook səhmləri birjalara çıxarılacaq

Dünyanın ən böyük sosial şəbəkəsi Facebook bu gün ilk dəfə olaraq səhmlərini birjalara çıxarmaq üçün müvafiq sənədləi göndərəcək. Sosial şəbəkə xidmətinin məqsədi səhmlərdən 5 milyard dollar, ya da daha da çox pul əldə etməkdir. İlkin təklif I-P-O adlanır.

Hər bir səhm alıcılarına şirkətin sahibi olmaq imkanı verir. Bu isə şirkətə inkişaf etmək üçün pul artırmaq, borcları ödəmək və ya başqa planları həyata keçirməyə kömək edəcək.

İstiqrazlar isə xəzinəni artırmaq üçün başqa bir üsuldur. İstiqraz üsulu şirkətə biznesə tam sahibkarlıq hüququnu özündə saxlamaq imkanı verir. Lakin istiqraz üsulu ilə toplanmış pul kredit olduğu üçün faizlə bərabər qaytarılmalıdır.

Facebook şirkətinin I-P-O səhmləri üçün müvafiq sənədləri bu gün yayacağı gözlənilir. Səhmlər bir neçə aydan sonra bazara çıxarılacaq. Bəzi analitiklər şirkətin ümumi bazar dəyərinin 100 milyard dollar dəyərində ola biləcəyini ehtimal edir. Ehtimal özünü doğrultsa Facebook səhimlərinin bazar dəyəri nəhəng Boeing korporasiyasının səhmlərinin bazar dəyərindən daha yüksək olacaq.

XS
SM
MD
LG