Accessibility links

Füzulidə dörd mülki şəxs mina partlaması nəticəsində həlak olub


Noyabrın 28-də Azərbaycanın Füzuli rayonunda (Bakıdan 310 kilometr cənub-qərb) dörd mülki şəxs minaya düşərək həlak olub.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan vətəndaşları Şakir Hacıyev, Firudin Hacıyev, Zülfüqar Hüseynov və Zibeydə Adilzadə Füzuli rayonunun azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

İlkin hesablamalara görə, münaqişə zonasında 50,000-100,000 arasında mina basdırılıb. Son günlərdə biri hərbçi olmaqla azı 9 nəfər mina qurbanı olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG