Accessibility links

Eyvaz Taha: Dil varlığımızın evidir [Audio]


Eyvaz Taha
Eyvaz Taha

Güneyli filosof Amerikanın Səsinə danışır

Güneydə yaşayan filosof Eyvaz Taha Amerikanın Səsi ilə söhbətdə dilin İran Azərbaycanında yaşayan türklərin kimliyinin əsas faktoru olduğunu amma bunun farslar ya İran dövlətinin bütünlüyü üçün təhlükə hesab edilməsinin doğru olmadığını ifadə edir. “Mətndən başqa bir dünya yoxdur” kimi türkcə fəlsəfə və ədəbiyyat kitablarının müəllifi hazırda analitik fəlsəfədə dilə yalnız bir vasitə və passiv bir fenomen kimi baxılmadığını müdafiə edir.

Güneyli filosof dilin əhəmiyyəti haqda danışır
please wait

No media source currently available

0:00 0:18:14 0:00

“Ana dilinin bütün kütlə üçün nə anlama gəldiyini deyə bilmərəm. Amma, dil özü çox önəmli fenomendir, hətta deyərdim ki qorxunc fenomendir. 20-ci əsrdə, xüsusilə analitik fəlsəfə dilə çox diqqət yetirdi və dili düşüncə səviyyəsinə qədər yüksəltdi. Bunun mənası budur ki, dil yalnız düşüncənin ifadə aracı və passiv bir fenomen deyildir, dil özü çox aktiv fenomendir və bəzilərinə görə, hətta düşüncə dilin məhsuludur.”

Biz başqa bir dildə kainatda olduğumuzu, varlığımızın evində olduğumuzu hiss edə bilmərik. Bu yalnız ana dilində baş verə bilər.
Eyvaz Taha

Eyvaz Tahanın sözlərinə görə, “bundan öncə belə fərz edilmişdir ki, dil düşüncənin vasitəsi və bir ifadə aracıdır. Amma analitik fəlsəfədə belə bir düşüncə irəli sürüldü ki, dil özü bizi formalaşdırır, həm bizim mənliyimizi, ifadə tərzimizi həm də dünya görüşümüzü və erçəklikləri düşünməkdə bizə yardım edir və bizi formalaşdırır, eyni zamanda da bir mane kimi əməl edir...”

Keçən illərdə İranda yayılmış türkdilli Yarpaq qəzetinin sahibi dilin insanların düşüncə və danışığından varlığına qədər təsir buraxaraq həm bir vasitə həm də mane kimi əməl etdiyini önə çəkir.​

Computer Hope“Dilin bir mane kimi əməl etməsinin mənası budur ki, biz istədiyimiz kimi öz düşüncəmizi ifadə edə bilmərik, istədiyimiz kimi gerçəkliyin özü və ətraf gerçəkliyi öz danışıqlarımızda yansıda bilmərik. Dil özü burada fəal rol oynayır və bizim danışığımızı, dünya görüşümüzü formalaşdırır və hətta bizim reallıqlara baxışımıza təsir buraxır. Yəni burada reallıq və onlardan bizim düşüncəmizə yansıyan qavramlar çox şəffaf bir biçimdə bizim dilimizdə öz əksini tapa bilmir. Dil özü o biri tərəfdən əks reaksiya verir və bizim ifadə tərzimizi istədiyi məcraya salır,” deyə tanınmış naşir açıqlayır.

Eyvaz Taha insanların ifadə vasitəsi kimi istifadə etdikləri ölkənin rəsmi dilində öz varlıqlarını hiss edə bilməyəcəklərini vurğulayır. Onun fikrincə, insalara kainatda öz varlığını hiss etdirən ancaq ana dilidir.

“Dilə sadəcə bir ünsiyyət vasitəsi kimi baxılmamalıdır. İranda bəzən belə fikirlər səslənir ki, nə istəyirsiniz? Bir rəsmi dil var, bununla da insanlar istədiklərini ifadə edir. Amma, mənim baxışımda bu düzgün deyil. Çünki, dil tamamı ilə bizim varlığımıza təsir buraxır və Heidegger demişkən, varlığımızın evidir. Biz başqa bir dildə kainatda olduğumuzu, varlığımızın evində olduğumuzu hiss edə bilmərik. Bu yalnız ana dilində baş verə bilər,” deyə "Şeir Varlığın Evidir" kitabının yazarı bəyan edir.

Dil bizim danışığımızı, dünya görüşümüzü formalaşdırır və hətta bizim reallıqlara baxışımıza təsir buraxır. Yəni burada reallıq və onlardan bizim düşüncəmizə yansıyan qavramlar çox şəffaf bir biçimdə bizim dilimizdə öz əksini tapa bilmir. Dil özü o biri tərəfdən əks reaksiya verir və bizim ifadə tərzimizi istədiyi məcraya salır.
Eyvaz Taha

Taha İranda türk dilinin indiki durumu və fars dilinin tək rəsmi dil mövqeyinə sahib olmasını təbii proseslər deyil, məqsədyönlü layihələr nəticəsində ortaya çıxdığını açıqlayır.

Dövlət-millət anlayışının ortaya çıxmasından öncə İranda türk ədəbiyyatının parlaq dönəmləri olduğunu vurğulayan mütəfəkkir bu günki durumun təbii bir prosesin nəticəsi olmadığını müşahidə edir:

“Əsasən, İranda fars dilinin yazı dili olması dövlət-millət qavramından qaynaqlanır. Yəni bu Rza şah zamanında rəsmiləşdirilib. Ondan öncə bizim dilimiz sıradan çıxmış bir dil deyildi... Biz bunu bir proses deyil, bir layihə hesab edirik. O layihənin içində hər halda Fransız modeli seçildi, Fransız modelində bütün dillərin, bütün etniklərin sıradan çıxarılması, digər dillərin bir dilin xeyrinə tapdalanması bir ilkə, bir prinsipdir. Amma Amerika modelində belə bir şey yoxdur, digər dillərin də varlığı qəbul edilir...”

İranda fars dilinin yazı dili olması dövlət-millət qavramından qaynaqlanır. Ondan öncə bizim dilimiz sıradan çıxmış bir dil deyildi...Biz bunu bir proses deyil bir layihə hesab edirik.
Eyvaz Taha

“Sağlam Dil” kitabının müəllifi dövlət-millət anlayışının ortaya çıxmasından öncə İranda türkcə, ərəbcə və farscanın paralel bir şəkildə tarixi proseslərdən keçdiyini qeyd edir.

Eyvaz Taha din və mədəniyyət kimi faktorları istisna etməsə də İran Azərbaycanında yaşayan türklərin kimliyinin əsas faktorunun dil olduğunu önə çəkir.

“Biz bunun başqa dillər, misal üçün farscaya təhlükə oluşduracağını da düşünmürük, amma bunu da haqsızlıq bilirik ki, İranda bu qədər imkanlar yalnız bir dilin xeyrinə toplanıbdır,” deyə o, əlavə edir. Güneyli filosof sözlərinin istiqamətində iki ya neçə dili rəsmi dövlət kimi qəbul edən bəzi ölkələrdəki modelə işarə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG