Accessibility links

Avropada beynəlxalq hüquq müdafiə təşkilatlarından Fətullayevə dəstək (FOTOLAR)


Avropada beynəlxalq hüquq müdafiə təşkilatlarından Fətullayevə dəstək (FOTOLAR)
Avropada beynəlxalq hüquq müdafiə təşkilatlarından Fətullayevə dəstək (FOTOLAR)

Beynəlxalq təşkilatlar Londonda və Parisdə Azərbaycan səfirliklərinin qarşısında etiraz edib. Azərbaycanda da jurnalistlər Eynulla Fətullayevə dəstək məqsədi ilə bir günlük aclıq aksiyası keçirib.

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu dünən jurnalist Eynulla Fətullayevin həbsinin 4 ilinin tamam olması ilə bağlı Azərbaycanın Londonda və Parisdəki səfirlikləri qarşısında etiraz aksiyası keçirib. Aksiyalar “Eynulla Fətullayevə azadlıq!”, “Azərbaycan mətbuatına azadlıq!” şüarları ilə keçirilib.

«Article 19» təşkilatının nümayəndəsi və həmin təşkilatın Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq adı ilə fəaliyyət göstərən iyirmiyə qədər qrupun iştirakı ilə təşkil tapmış qurumdakı nümayəndəsi Rebeka Vinsent Amerikanın səsinə müsahibəsində Eynulla Fətullayevin tutulmasının dördüncü ildönümü münasibəti ilə onun hələ də həbsdə saxlanmasına etirazlarını bildirdiklərini deyib.

Xanım Vinsent qrupun Londondakı Azərbaycan səfirliyinə Fətullayevin məsələsi ilə əlaqədar məktub təqdim etdiyini və səfirlikdən onlara məktuba cavab veriləcəyinin bildirildiyini deyib.

Xanım Vinsent aksiyada iştirak edən əlliyə qədər adamın Fəlullayevin şəklinin olduğu maskalar geydiklərini elavə edib. O Fətullayevin işinin istisna bir vəziyyət hesab edilmədiyini qeyd edərək, həmin jurnalistin həbsindən sonra çoxlu jurnalistin təzyiqlərə məruz qaldığını, bəzilərinin saxlandıqlarını onlara həbs cəzası verildiyini və dinc nümayiş keçirən insanların da saxlandıqlarını xatırladıb.

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupuna «Sərhədsiz Reportyorlar», «Article 19», «Jurnalistlər evi» və «Amnesty International», “Human Rights Watch” və digər 20 beynəlxalq təşkilat daxildir.

Aksiya iştirakçıları Azərbaycan hökumətindən jurnalistlərə qarşı təzyiqləri dayandırılmasını, jurnalistlərə qarşı fiziki təzyiqlərin araşdırılmasını, günahkarların cəzalandırılmasını, Elmar Hüseynovun qətlinin açılmasını, qatillərin və sifarişçilərin tapılmasını, Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevin həbsdən dərhal azad edilməsi ilə bağlı qərarının yerinə yetirilməsini tələb edən bəyanatlar imzalayıb.

Dünən Azərbaycanda da jurnalistlər Eynulla Fətullayevə dəstək məqsədi ilə bir günlük aclıq aksiyası keçirib.

Fotolara görə Article XIX təşkilatına təşəkkürümüzü bildiririk.

XS
SM
MD
LG