Azərbaycan prezidenti İlham Əliyevin əvf fərmanına əsasən jurnalist Eynulla Fətullayev azadlığa buraxılıb. Əfv Azərbaycanın Müstəqillik Günü ərəfəsində elan edilib. "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin redaktoru Fətullayev terrorizm, etnik zəmində düşmənçilik yaymaq və narkotik saxlamaq ittihamı ilə həbsə məhkum edilmişdi. 8 il yarımlıq həbs cəzasının jurnalist dörd ilindən çoxunu çəkib. Eynulla Fətulayevin azadlığa buraxılması sahəsində Amnesty International və Jurnalistlərin Müdafiəsi təşkilatları da daxil olmaqla, insan hüquqları və mətbuat azadlığı müdafiəçiləri ciddi lobbiçilik edib.