Accessibility links

Eynulla Fətullayev: "İlham Əliyev çox ağıllı, dərin təhlilə malik olan güclü siyasətçidir" [FORUM]


Son həftə ərzində sosial şəbəkələrdə sabiq vicdan məhbusu Eynulla Fətullayev və onun bəzi fikirləri sərt tənqidlə üzləşib. Hazırki insan haqları müdafiəçisinin tənqidlərə sərt reaksiyası isə mübahisəyə səbəb olub.

Mübahisənin sosial şəbəkələrdə rezonans doğurmasını nəzərə alaraq bu həftə Sərbəst Kürsüyə hüquq müdafiəçisi Eynulla Fətullayevi dəvət etmişik. Avqustun 1-i Eynulla Fətullayev oxucularımızın suallarını cavablandırıb.

Forumu tam olaraq buradan oxuya bilərsiniz:
http://blogs.voanews.com/azerbaijani/audience-comments/2012/07/30/eynulla-f%C9%99tullayev-s%C9%99rb%C9%99st-kursunun-qonagidir/?abc=ghgLKGcp

Forumu ixtisarla sizə təqdim edirik:

İkram soruşur:

1. Həbsdən çıxandan sonra nə üçün həbsinizə səbəb olmuş keçmiş peşənizə jurnalistikaya qayıtmadınız, hüquq müdafiəçiliyinə üz tutdunuz?

2. Siz özünüzü biznesmen sayırsınızmı?

Eynulla Fətullayev: ))) Uğursuz zarafatdı.

Jurnalistika ilə məşğul olmur deyəndə Siz nəyi nəzərdə tutursunuz? Həbsdən çıxandan sonra fəal olaraq həm jurnalistika (publisistika), həm də hüquq-müdafiə fəaliyyətilə məşğul oluram. Öncə, təqribən 6 ay ərzində Azadlıq radiosunun rus bölməsində məqalələrlə çıxış edirdim, indi isə aprel ayından Zəfər bəy Quliyevlə birgə yaratdığımız haqqın.az saytında yazıram və fəaliyyət göstərirəm.

Bəlkə sualı başqa cür səsləndirmək istədiniz – niyə print-media ilə (əvvəllər, olduğu kimi) məşğul deyilsiniz? Azərbaycanda bunun üçün hazırda münbit şərait yoxdur – bütün nəşriyyatlar hakim zümrənin nəzarəti altındadır. Hətta qeyri-leqal şəraitdə qəzet nəşrini gerçəkləşdirə bilsəm də, fəqət son illər ərzində yayım sektorunun məhvindən sonra qəzetin yayılması üçün köşk qalmayıb. Ona görə də, bizim ölkədə bütövlükdə post-sovet məkanında olduğu kimi həm media, həm də oxucular virtual aləmə köç edib.

Print-medianın erası Azərbaycanda bitdi. 2015-ci ildə dünyada da bitəcək – aparıcı media ekspertlərin qiymətləndirməsinə görə. Ona görə də mən fəal jurnalistika ilə məşğulam – fəqət internetdə.


Hikmət (oxucu): Salam Eynulla bəy. 2 sualım var.
Sual 1. İşlədiyiniz yerdə başınızın uzərində mərhum prezident Heyder Aliyevin şəklinin asılması birmənalı qarşılanmadı. Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm.
Sual 2. Facebook-dakı dostlarınızla mübahisə zamanı ” Aşırdaram” kimi sözlər işlətmisiniz. Siz mübahisələrin hüquqi yolla, yoxsa zor tətbiq etməklə həllinin tərəfdarısınız?
Təşəkkürlər.

Eynulla Fətullayev: Dostumla mübahisədə heç vaxt "aşaram" yaxud "aşırdaram" kəlməsindən istifadə etmərəm. Söhbət bir böhtançıya cavabdan gedir. Həmin şəxs rəhmətlik Elmar Hüseynovun əziz xatirəsindən istifadə edərək, mənə çamur atmaq istədi. Cavabım sərt oldu. Mübahisələrin hüquqi yolla həllinin əleyhinəyəm, çünki Azərbaycanda ədalət mühakiməsi yox səviyyəsindədir. Həm də keçmiş dustaq kimi buna pis baxıram.

Elmir: Eynulla bəy, salam. Həbsxanada elə bir hadisə olubmu ki, bundan sizə qarşı şantaj kimi istifadə edirlər və bu da sizin əvvəlki mövqeyinizi qorumağınıza mane olur?

Eynulla Fətullayev: Əlbəttə, yox.

Çingiz Sultansoy: 1 il əvvəl siz həbsdən çıxanda ictimaiyyət tərəfindən çox böyük hörmət və rəğbətlə qarşılandınız. Sizcə, indi ictimaiyyət arasında sizə münasibət necədi? Və dəyişiklik varsa, nə ilə izah olunur?

Eynulla Fətullayev: İctimaiyyət deyəndə biz kimi nəzərdə tuturuq – Azərbaycan ictimaiyyətini, oxucuları, sadə azərbaycanlıları, yoxsa şəxsi iddiaları və kompeksləri naminə mənə qara yaxan insanı? Əgər oxuculardan və vətandaşlardan söhbət gedirsə – Sizə deyə bilərəm ki hər gün mənə zəng edib həm dəstək olurlar, həm də bir hüquq-müdafiəçisi kimi məndən dəstək umurlar. Bir neçə saat bundan öncə ofisimizə İslam partiyasının həbsdə olan qohumları təşrif buyurmuşdu, hər gün siyasi məhbusların problemlərinin həlli ilə məşğulam…
Mən özümə münasibətdə heç bir dəyişiklik hiss etmirəm. Sadəcə həbsdən əvvəl siyasi qaraguruh məni Kəmaləddin Heydərovla MTN-ə işləməkdə ittiham edirdisə, həbsdən sonra Prezident Administrasiyası və Ədliyyə Nazirliyinin adlarını hallandırırlar. Fərq yalnız bundadır.
Qısa zaman kəsiyində yeni layihəm – haqqin.az saytı böyük uğur qazanaraq çox asanlıqla rusdilli oxucuları yenə də cəlb edə bildi. Təxminən 1-2 ay içində. Pis münasibət olsaydı oxumazdılar. Baxın, təvazökarlıqdan uzaq olsa da, deyəcəm, hər məqaləm böyük rezonansa səbəb olur. Bu onu göstərir ki, oxucular gözləyir və umur. Bədxahlarıma da yaradıcılıqda (fitnəkarlıqda yox) uğurlar diləyirəm. Yaxşı şüardı – Rədd olsun fitnəkarlıq, yaşasın yaradıcılıq!

Günay: Eynulla bəy 10 iyulda haqqin.az saytında dərc olunmuş məqalədə təhqiramiz ve diskriminasiya xarakterli ifadələr işlətmisiniz. Sizcə özünü jurnalist və hüquq müdafiəçisi hesab edən və saytını xarici donorların hesabına yaradan şəxsi, yəni Sizi Azərbaycanda demokratiyanın və söz azadlığının inkişafına tövfə verən Xədicə İsmayılovanı və Emin Hüseynovu təhqir etməyə nə vadar edib?

Qeyd etdiyim məqalədən çıxarış:
“Heç cür 140 kiloluq yarımçıqlıq kompleksindən xilas ola bilməyən “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova. Emin Hüseynov – özünə jurnalistlərin hüquqlarının əsas müdafiəçiliyi ləqəb vermiş savadsız bambılıdır, amma onun gerçək obrazı qrantsifət və digər zibildir. İnanın, mənim bu zibilə nə gücüm, nə də vaxtım var”

Eynulla Fətullayev: Adını çəkdiyiniz şəxslər mənə qarşı diskriminasiya edərək, şər ataraq bütün beynəlxalq təşkilatlara Sovetlər dönəmində olduğu kimi “anonimkalar” yazıb bildirirlər ki, bəs xəbəriniz yoxdur Eynulla Fətullayev hökumətə satılıb.

Mən bir neçə dəfə Emin Hüseynovdan xahiş etdim ki, bu fitnəkarlığa son qoysun, lakin o daha da qızışdı… Səsləndirdiyiniz ittihamları isə mən yox Ekonomist jurnalının müxbiri söyləyib, o bu iki şəxslə görüşdən sonra yanıma gəlib bir sual verdi – Emin Hüseynovla Xədicə sənə niyə belə nifrət edirlər? – sualını verdi. Mən də bu sualdan sonra çox düşünərək qoca Freydi xatırlamalı oldum. Vəssalam.

Günay: haqqin.az saytınızda gedən digər məqalədə də hüquq mudafiəçisi Emin Hüseynov barədə təhqir ve böhtan xarakterli fikirlər yer alıb: http://haqqin.az/1367-grantopozhiratel.html , zənnimcə bu addımınız jurnalist peşə davranış qaydalarına əməl etmədən bilərəkdən qarayaxma etməkdi. Sizcə UNESCO -nun Qilyermo Kano mükafatını alan adam bu cür ucuz ve cılız jurnalistika ilə məşğul olmalıdırmı? Ümumiyyətlə sayta İnternet qəzet yazmaqla və heç bir sübut təqdim etmədən insanları təhqir etmək ve onlara böhtan atmaq jurnalistikadırmı?

Eynulla Fətullayev: Xanım, kimi təhqir etmişəm? Siz lap Əli Həsənov kimi danışdınız? Məgər AzTV-nın monitorinqi kimi sərsəm bir ideyaya 320 min avro üfürmək təhqirdi? Hakimiyyətədə Dubay villaları barəsində sual verəndə – deyir təhqirdi?! Düzəliş – Üfürmək barəsində Emin Hüseynova sual vermək təhqirdi? Təsəvvür edirsinizmi 320 min Avroluq qrantı AzTV kimi telekanalın monitorinqinə xərcləyiblər, halbuki istənilən 1 sosioloji sorğu bu TV-nin avtoritarizmin güzgüsü olduğunu aşkara çıxarar, 320 min Avroya 50 dənə demokratik dərgi yaratmaq olardı. Mən haqqin.az saytını bilirsinizmi hansı vəsaitlə yaratmışam? 14 min avro!!!

Bu məni necə də qəzəbləndirməsin? Azərbaycan mətbuatının indiki vəziyyətində bu qrantın müəllifi və icraçısı korrupsioner deyilsə, bəs kimdir? Bəs necə olur ki, Siz hər çıxışınızda Kəmaləddin Heydərovu, Ziya Məmmədovu təhqir edirsiniz – büdcə vəsaitlərinin talanmasına görə? Əcəb edirsiniz! Mən də Avropanın büdcəsinin talanmasına etiraz edirəm!!!! Avropa xalqlarını aldatmaqdı bu, yazıq hollandlar və ya norveçlilər də düşünür ki, demokratiyaya yardım edirlər!!!! Demə AzTV-nin monitorinqinə 320 min Avro gedib… Vay-vay

Xüsusi müxbir: Son günlərin ənənəvi suallarından vermək istəmirəm. Amma mənim üçün maraqlıdı.
1.Siz hazırkı hakimiyyətə alternativ görürsünüzmü?
2. Yazılarınız “Pandorra sandığı”nı xatırladır. Orada vaxt keçirməyə dəyərmi?
3. Cənab prezidentlə bağlı maraqlı təhlillərin müəllifi olmusunuz. Hazırda İlham Əliyev və hakimiyyət komandası barədə hansı qənaətləriniz var?

Eynulla Fətullayev: Bəli, görürəm. Məncə, müxalifətdən prezidentliyə iki real namizəd var – Əli Kərimli və İlqar Məmmədov. Ancaq söhbət ədalətli seçkilərdən gedirsə…

Pandorra sandığı – məgər mən yalnız şərdənmi yazıram?

İlham Əliyev çox ağıllı, dərin təhlilə malik olan güclü siyasətçidir. Bunu zaman sübut etdi. Əslində, rəhmətlik Heydər Əliyevin – obyektiv səbəblərdən edə bilmədiyini, İlham Əliyev etdi. Mütləq siyasi hakimiyyətə sahib çıxdı. İlham Əliyev barəsində onun alternativləri nələr yazırdı – bir keçmişin səhəfələrini vərəqləyin? Mən həmişə İlham Əliyevi güclü insan kimi tanımışam və rəyim rəhmətlik Anar Məmmədxanovun onun barəsində söylədiklərinə əsaslənab. Anar yanımazdı və qiymətləndirməsində yanılmadı. İlham Əliyevin şəxsiyyəti və qabiliyyəti barəsində yazılanların 90% əsatirlər idi və cəmiyyəti də bu əsatirlərə inandırmışdılar. Ona görə də cəmiyyət hakimiyyətə məğlub oldu.İlham Əliyevin komandasında bir xüsusiyyət müxalifəti üstələməyə kömək edir. Təhlükə zamanı bütün daxili umu-küsü unudulub, yumruq kimi birləşirlər. Müxalifət isə əksinə – təhlükə və həlledici məqam vaxtı parçalanır. İlham Əliyevi və onun komandasını bir fərqləndirən cəhət də var – pis yaxşı bu insanların bir Əxlaq Kodeksi var. Qaraguruhun heç bir Kodeksi yoxdur.

XS
SM
MD
LG