Accessibility links

ExxonMobil neft-qaz şirkəti cərimələndi


ABŞ-ın Maliyyə Nazirliyi Rusiya əleyhinə sanksiyalar qanununu pozduğuna görə, ExxonMobil neft-qaz şirkətini 2 miyon dollar cərimələdi.

Nazirliyin məlumatında bildirilir ki, 2014-cü ildə ExxonMobil Rosneftin rəhbəri İqor Seçinlə 8 sənəd imzalayıb, Seçinsə həmin vaxt sanskiyalar siyahısında olub.

Nazirlik ExxonMobillə Rosneftin hansı sövdələşməsinin qanunu pozduğunu bəyan etmir. Rosneftin saytına görə, həmin vaxt hər iki şirkət Uzaq Şərq Birgə Müəssisəninin vaxtını uzatmışdılar.

ABŞ-ın Rusiyaya qarşı sektorlar üzrə sanskiyaları Rusiyaya müasir texnologiyalar, o cümlədən sahil sualarında qazıntı üzrə texnologiyalar verməyi qadağan edir.

ExxonMobilin sözügedən 2014-cü il müqavilləri vaxti rəhbəri ABŞ-ın indiki Dövlət katibi Reks Tillerson idi.

XS
SM
MD
LG