Accessibility links

Bu həftə Təbriz, Urmiyə və Zəncanda 10 nəfər edam edilib


İnsan haqları qrupları, media və İranın rəsmi dövlət qurumlarının yaydığı məlumata istinadən, ötən 5 gün ərzində İran Azərbaycanının Təbriz, Urmiyə və Zəncan şəhərlərində azı 10 məhbus asılaraq edam edilib.

İranda insan haqları pozuntuları ilə bağlı xəbər yayan HRA agentliyinin bildirdiyinə görə, narkotik qaçaqmalçılığı ilə əlaqəli mühakimə edilmiş 5 məhbusun edam hökmü mayın 31-də Təbrizin Mərkəzi Zindanında icra olunub.

Yayılan məlumata görə, asılanlardan biri Azərbaycan kürdlərindən olan Məhəmməd Abbasnejadın cənazəsi ertəsi gün ailəsinə verilib. Digər 4 məhbusun adı və kimliyi ilə bağlı məlumat yayılmayıb.

Urmiyə şəhərində isə dörd məhbusun edam hökmü iyunun 1-də həyata keçirilib. Ərdəlan Rahdar, Məhəmməd Rəşid Rahdar, Həbib Rahdar və Şirzad Rəşidinin də mühakiməsi narkotik maddə qaçaqmalçılığı ilə əlaqəli olub.

Zəncan şəhərində həyata keçirilən edam hökmünə dair məlumatı İran Televiziyası yayıb. “Edam edilən 25 yaşlı gənc 3 il öncə öz yoldaşını ‘müştərək eşq’ səbəbi ilə qətlə yetirmişdi,” deyə TV-nin rəsmi veb səhifəsi Zəncan baş prokuroru Höccətül-İslam Müzəffəriyə istinadən qeyd edib.

İnsan haqları qruplarının yaydığı hesabatlarda deyilir ki, İran Azərbaycanının Urmiyə, Təbriz və Ərdəbil şəhərləri İranda narkotik qaçaqmalçılığı ilə bağlı ən çox edam hökmünün icra olunduğu şəhərlər sırasındadır.

Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlardan olan müttəhimlərin ən çox edam riski altında olduğunu önə çəkir.

Güneyli vəkil Musa Bərzin daha əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə İranda edam hökmü çıxaran məhkəmələrdə baş verən qanunsuzluqları şərh edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG