Accessibility links

Beynəlxalq ictimaiyyət Urmiyədə "uşaq gəlin"-in edam olunmasını pisləyir


Zeynəb Sekanvənd
Zeynəb Sekanvənd

Oktyabrın 2-də Urmiyə Mərkəzi Zindanının həyətində dar ağacından asılan 3 məhbusdan biri olan 24 yaşındakı Zeynəb Sekanvəndin edamı dünya ictimaiyyətinin gündəmindədir.

Amnesty International İran Azərbaycanının kürd icmasına mənsub Zeynəb Sekanvəndin ölüm cəzasının icrasından sonra “ailə zorakılığı və cinsi istismar qurbanı, uşaq yaşlarında həbs edilmiş qadının edamı” başlıqlı bəyanat yayımlayıb.

Uşaq gəlin olan Sekanvənd təcavüzkar ərini qətlə yetirməkdə günahkar tanınıb.

Həmçinin Britaniya, İtaliya və İspaniya qəzetlərinin xəbər başlıqlarında Sekanvəndin “uşaq gəlin” olduğunu gündəmə gətirib və “təcavüzkar ərini qətlə yetirməkdə” günahlandırıldığını önə çəkiblər.

Amnesty International-ın məlumatına əsasən, 15 yaşında evlənən Zeynəb 17 yaşında ikən əri Hüseyn Sərmədini qətlə yetirmək ittihamı ilə həbs edilib.

Beynəlxalq insan haqları təşkilatları dəfələrlə İran hökumətini edamı dayandırmağa çağırıblar.
Beynəlxalq insan haqları təşkilatları dəfələrlə İran hökumətini edamı dayandırmağa çağırıblar.

“Zeynəb işgəncə altında və vəkillə təmin edilmədən kişi polislər tərəfindən sorğu-sual edildiyini bildirmişdi,” deyə beynəlxalq qurumun bəyanatında bildirilib.

“HRA” agentliyinə istinadən, oktyabrın 2-də Zeynəb Sekanvənddən əlavə azı iki digər edam məhkumu - Salman Xanəlili və Həsən Hacılının ölüm hökmü icra edilib.

XS
SM
MD
LG